Meriyada fiziki imkanları məhdud şəxslər üçün lift quraşdırmağı planlaşdırırlar
Marneuli meriyası özünüidarə binasında fiziki imkanları məhdud şəxslər üçün lift quraşdırmağı planlaşdırır. Bu barədə Bələdiyyə Məclisinin 27 iyul tarixində baş tutan iclasında məlum olub.

Maliyyə-Büdcə Şöbəsinin rəhbəri Koba Çxitunidzenin məlumatına görə, özünüidarə xüsusi ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş liftin alınmasına görə tender elan edəcək. Layihə üçün isə 100 000 lari ayrılacaq.

İnfrastruktur və İqtisadi İnkişaf Xidmətinin rəhbəri Beka Abdaladzenin sözlərinə görə, Marneuli özünüidarə binasının bərpası fiziki imkanları məhdud şəxslərin marağını nəzərə alaraq aparılır. Abdaladzenin sözlərinə görə, hazırda birinci mərtəbədə artıq xüsusi pandus duzəldilib.

Meriya binasını bərpa layihəsi iyun ayından başlayıb və onun dəyəri 315 000 laridir. Abdaladze bərpa layihəsi ilə yanaşı fiziki imkanları məhdud şəxslər üçün liftin quraşdılıb quraşdırılmayacağını konkret qeyd etmir. O, bildirir ki, hər iki layihəni ilin sonuna qədər bitirməyə çalışacaqlar.


Print ელ. ფოსტა
FaceBook Twitter Google