Kvareli və Laqodexi bələdiyyələrinə dolu yağıb

Sentyabrın 17-də axşam saatlarında Kvareli və Laqodexi bələdiyyələrinin kəndlərinə dolu düşüb.


 

Kvareli Sakrebulosunun sədri İlia Mzekalaşvilinin sözlərinə görə, Kvareli şəhəri və Almatı, Qremi, Sabue və Şilda kəndləri dolu yağışına məruz qalıb.

“Dolu Kvarelidə azı 20 dəqiqə davam etdi... İndi hər şeyə baxırıq, hələ dəqiq məlumatımız yoxdur”, - Mzekalaşvili “Netgazet”ə deyib.
Şəhərin meri Qivi Zautaşvili bildirib ki, “hazırkı mərhələdə yollar təmizlənir”.

"...bizim xidmətlərimiz yerdədir və işləyir", - deyə o, telefon şərhində əlavə edib. Onunla jurnalis saat 20:00-da telefonla əlaqə saxlayıb.

Hazırda Kvareli rayonunda məhsul yığımı mövsümü aktivdir. Əhalinin bir hissəsi hələ də üzümü yığmayıb.


Dolu Laqodexi bələdiyyəsinə də ziyan vurub. Laqodexi merinin müavini Zurab Koçlamazaşvilinin sözlərinə görə, "demək olar
ki, bütün bələdiyyə doluya məruz qalıb".

“İndi biz meriya nümayəndələri ilə birlikdə gedib obyektlərə baxırıq... Komissiya səhərdən dəyən ziyanı hesablayacaq və qiymətləndirəcək, amma əslində problem hər kənddə var”, - Koçlamazaşvili “Netgazet”ə danışarkən deyib.

Laqodexi meriyası sosial şəbəkədə də bu məsələ ilə bağlı yazıb. Agentliyin məlumatına görə, “fəlakət yaşayış evləri, əkin sahələri və üzüm bağları ilə yanaşı əhaliyə də ziyan vurub. Xarici işıqlandırma dirəkləri və elektrik naqilləri də zədələnib”.

“Yerli texnikanın köməyi ilə ilkin işlər görülür” deyən meriya qeyd edib ki, dəymiş ziyan hesablandıqdan sonra “imkan daxilində” əhaliyə yardım göstəriləcək.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
თეგები: Dolu Kvareli Laqodexi
FaceBook Twitter Google