Marneuli meriyası Qvemoqartli.ge ilə məhkəmə işində uduzub
Media təşkilatı Qvemoqartli.ge Marneuli meriyası ilə ictimai məlumatın verilməsi ilə əlaqədar məhkəməni udub.

Kvemo Kartli mediası tərəfindən yayımlanmış məlumata görə, təşkilat meriyadan daxili audit nəticələrini istəyib və Marneuli meriyası qeyd olunan məlumatı verməyib.

Məhkəmədə Kvemo Kartli mediyasının maraqlarını “Gənc Hüquqşünasla Assosiasiyası” müdafiə edirmiş.

“Bu məsələnin müzakirə olunduğu Bolnisi Rayon Məhkəməsi regional medianın tələbini tam təmin edib. Hakim Nino Qiorqadze idi.

Hazırda Marneuli meriyasının qərarı sonrakı instansiyaya şikayət edib etməyəcəyi məlum deyil.

Qvemoqartli.ge özünüidarədən audit hesabatlarını/nəticələri gözləyir”,
– media təşkilatının məlumatında qeyd olunub.

Təşkilat Marneuli meriyasının daxili audit xidməti, 2022-ci ildə hazırlanmış nəticələr/hesabatlar və tövsiyələr haqqında ictimai məlumat verilməsini tələb edir.

Cavabsız qoyulan məktublardan sonra “Kvemo Kartli Mediyası - Qvemoqartli.ge” Marneuli meriyasına inzibati iddia ilə müraciət edib. Yalnız bundan sonra təşkilat Marneuli meriyasından cavab alıb.

Marneuli meri Kənan Ömərovun imzaladığı cavab məktubunda oxuyuruq ki, meriya daxili audit yoxlaması hesabatlarını ictimailəşdirməmək səlahiyyətinə malikdir.
Marneuli meri QvemoQartli.ge-yə daxili audit hesabatlarının ictimailəşdirilməsi ilə bağlı rədd cavabı verib

Print ელ. ფოსტა
FaceBook Twitter Google