Meriya Marneuli üçün himn hazırlayır
Marneuli yerli özünüidarəsi Marneuli üçün himn yazdırır. Marneuli meriyası himnin hazırlanması üçün Levan Mizandari ilə 11 oktyabrda sadələşdirilmiş müqavilə bağlayıb.

Sadələşdirilmiş müqavilənin izahatnaməsinə görə, ölkə miqyasında çox bələdiyyələrin öz himni var və tədbirlərdə səsləndirilir. Bu xoş təəssürat bağışlayır və bələdiyyənin müstəqilliyini göstərir.

“Bildiyiniz kimi, son onillikdə ölkənin inkişafının (Mədəni-maarrifləndirici, idman, infrastruktur və s.) tempi hiss olunacaq qədər artıb. Bu tendensiya Marneuli bələdiyyəsində də aydın şəkildə görünür. Keçirilən və planlaşdırılan tədbirlərin siyahısı kifayət qədər artıb, keyfiyyəti isə yaxşılaşdırılıb.

Bəstəkarlarla məsləhətlərin aparılmasını və Marneulinin himninin yazılmasını məqsədəuyğun hesab edirəm. Aranjiman edilsin, studiyada qeydə yazılsın və tədbirlərdə səsləndirilsin”,
– Meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Xidmətinin rəhbəri Nino Dekanoidzenin izahatnaməsində qeyd olunub.

Marneuli meriyası Levan Mizandariyə Marneulinin himnini hazırlaması üçün 6500 lari ödəyəcək.

Müqaviləyə görə, Mizandari Marneulinin himnini müqavilə bağlandıqdan 60 gün ərzində yazmalıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google