Marneuli meriyası 2024-cü ildə poçt xidmətləri üçün 57 355 lari xərcləməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi 2024-cü il ərzində kuryer xidməti üçün tender elan edib. Meriya tərəfindən elan edilmiş tenderə görə, qalib gələn şirkət 2024-cü ilin 1 yanvar tarixindən 31 dekabr tarixinə qədər meriyaya kuryer xidməti göstərməlidir.

Poçt-kuryer xidməti ilə bağlı tenderdə qalib gələn şirkətin öhdəlikləri bunlardır:
  • Hər iş günündə saat 9:00-17:00-a qədər razılaşdırılmış vaxta uyğun olaraq şəhər miqyasında və sifarişçinin qeyd etdiyi yerlərdən kuryer xidmətinin göstərilməsi;
  • Poçt göndərişlərinin idarə edilməsi üçün ayrılmış tam proqramın təmin edilməsi;
  • Xidməti alan təşkilatın lazım olan sayda, Vətəndaşlara Xidmət Şöbəsinin bütün əməkdaşlarına ayrı-ayrılıqda “user”-lər yaradılması;
  • Tələb olduğu halda, alıcı ilə əvvəlcədən razılıq əsasında, işləri həyata keçirən poçt göndərişlərini alacağı yerə gəlməli və planlaşdırılmadan poçt göndərişlərinin aparılmasını təmin etməlidir. Göndərişi çatdıran təcili göndərişin qəbulu üçün alıcı ilə razılaşdırılmış müddət ərzində, zəruri hallarda həmin iş günündə poçt göndərişinin alındığı yerə gəlir;
  • Alıcının tələbi ilə göndərişlərin çatdırılması hətta şənbə günləri də mümkün olmalıdır;
  • Yerli (Gürcüstanın hər hansı şəhəri və məntəqəsi) göndərişlər ən az 2-5 iş günü ərzində, beynəlxalq (Gürcüstanın sərhədlərindən kənar hər hansı istiqamətdə) göndərişlər ən az 5-15 iş günündə (günlərin hesablanması göndərişin kuryerə verilməsinin növbəti iş günündən sayılır) təhvil verilməlidir. Qeyd olunan məlumatın proqramda təsvir edilməsi təcili surətdə həyata keçirilməlidir və s.
Marneuli yerli özünüidarəsi poçt-kuryer xidməti üçün 57 355 lari xərcləməyi planlaşdırır.

Tenderdə iştirak etmək istəyən şirkətlər 6 dekabrdan 8 dekabr tarixinə qədər öz təkliflərini təqdim edə bilərlər.

Qeyd edək ki, Marneuli yerli özünüidarəsi poçt-kuryer xidmətlərinin alınması üçün tenderi hər il elan edir. Meriya 2023-cü il ərzində poçt-kuryer xidmətinin alınmasına 57 481 lari dəyərində tender elan etmişdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google