Marneuli meriyası yeni il tədbirləri üçün hazırlığa başlayıb.
Bələdiyyə 2024-cü ili qarşılamaq üçün artıq üç tender elan
edib.
Onlardan biri şəhər küçələrinin bəzədilməsi, ikincisi əsas yeni il
yolkasının işıqlandırılması mərasimini, üçüncüsü isə ehtiyacı olan
ailələrə qida məhsulları ilə yardım etməyi nəzərdə tutur.
Yerli özünüidarə bunlar üçün büdcədə təxminən
yarım milyon
lari nəzərdə tutub.
350 070 lariyə Marneuli şəhərində yeni il
günlərində şəhərin və ətraf ərazinin yeni il işıqlandırma
konstruksiyaları ilə bəzədilməsi, müxtəlif bəzəklərin
quraşdırılma-sökülmə xidməti nəzərdə tutulur.
2024-cü ilin gəlişi ilə əlaqədar yeni il yolkasının işıqlandırma
mərasiminin təşkil edilməsi xidməti üçün
64 955
lari nəzərdə tutulub.
Yeni il ərəfəsində ehtiyacı olan
600 ailəyə qida
məhsulları almaq üçün
50 847 lari ayrılıb.
Hər üç tenderdə görə, vəsaitin 100%-i yerli büdcədən ayrılıb. Ola
bilsin qeyd olunan xərclər yenə artırılsın. Bu yerli özünüidarənin
yeni il konserti üçün tenderi hələ elan etməməsini nəzərə almaqla
ola bilər.