Marneuli bələdiyyəsinin ictimai məktəblərində qış tətili bir neçə
həftəyə başlayacaq.
Resurs Mərkəzin direktor səlahiyyətlərini icra edən Əli Qəhrəmanov
bildirir ki, bələdiyyənin ictimai məktəblərinin əksəriyyətində yeni
il tətili 29 dekabr tarixindən başlayacaq.
Həftədə 6 gün, yəni şənbə günləri də fəaliyyət göstərən məktəblər
isə 30 dekabr tarixindən tətilə çıxacaqlar.
“Bələdiyyədə bir neçə məktəbdə şənbə günləri də dərs keçirilir.
Belə məktəblərin sayı çox azdır. Bu iki növbəli məktəblərdir və
təhsil müəssisələrinin özü bu qərarə qəbul edib ki, şənbə günü də
dərs prosesi olsun. Onlar üçün tətil 30 dekabr tarixində, digər
məktəblər üçün isə 29 dekabrda başlayacaq”, – Əli
Qəhrəmanov bildirib.
Marneuli miqyasındakı ictimai məktəblərdə təhsil prosesi 15 yanvar
tarixində bərpa olunacaq.