Bu gün Marneulinin kəndlərində elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 28 dekabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, bu gün saat 11:00-dan 18:00-a kimi Marneuli rayonunun Şulaveri, Aşağı Saral, Mareti, Şaumiyan və ətraf kəndlərində də elektrik enerji olmayacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google