Mtatsminda-Rustaveli kanat yolunun tikintisi hansı mərhələdədir?

Rustaveli prospekti ilə Mtatsminda parkını birləşdirən kanat yolunun tikintisi və bərpası işlərinin bu ilin yayında başa çatdırılması planlaşdırılır.

Məlumatı Tbilisi meriyası yayıb.

Yerli özünüidarədən verilən məlumata görə, mer Kaxa Kaladze deputat İrakli Bendeliani ilə birlikdə bu gün ərazidə görülən işlərlə tanış olub. Xatırladaq ki, kanat yolu layihəsinin icrasına 2022-ci ilin sentyabrında başlanılıb. Bu mərhələdə kanat yolunda
dirəklərin quraşdırılması və yuxarı stansiyanın tikintisi başa çatdırılıb. Aşağı stansiya platformasının düzülməsi və dam örtüyü işləri davam etdirilir, yaxın vaxtlarda elektrik quraşdırma işlərinə və kəndirin dartılması prosesinə başlanacaqdır.

“Çox gözəl layihə həyata keçirilir. Bu, Rustaveli metro stansiyasının ətrafını Mtatsminda ilə birləşdirəcək yeni kanat yoludur. İşlər yayın sonuna kimi başa çatdırılmalıdır. Dayaqların beşi də quraşdırılıb. Növbəti bir neçə gün ərzində iplər quraşdırılacaq. Bundan başqa, qəbul məntəqələrində də təmir işləri eyni zamanda davam etdirilir. Həm turizm baxımından, həm də yerli sakinlər üçün çox yaxşıdır, çünki Rustavelidən kanat yolu ilə Mtatsmindaya 4 dəqiqəyə qalxmaq mümkün olacaq. Saatda təxminən 1200 sərnişin hərəkət edə biləcək. Mən çox şadam ki, bu tarixi layihə şəhərimizdə bərpa olunub”, - deyə Kaxa Kaladze bildirib.

Layihəyə əsasən, Rustaveli prospekti ilə Mtatsminda parkını birləşdirən kanat yolunda 21 vaqon hərəkət edəcək, orta yolda sürəti 4,07 dəqiqə, marşrutun uzunluğu isə 845,55 m təşkil edəcək.

Layihənin ümumi dəyəri 50 milyon laridir. Bərpadan sonra kanat yolu idarə olunmaq üçün “Mtatsminda Park”a təhvil veriləcək. Kanat yolunun bərpa və tikinti işlərini “Daqi” MMC, mühəndis-texnoloji işləri isə “Doppelmayer” şirkəti həyata keçirir.

Mənbə: BM

 

Print ელ. ფოსტა
თეგები: Kanat yolu Tbilisi meriyası
FaceBook Twitter Google