Azərbaycanın Xarici İşlər Nazirliyi fevralın 21-də Ermənistanın
tələbi ilə Moskva hava limanında saxlanılan azərbaycanlı
fitnes məşqçisi Kamil Zeynallını Rusiyanın azad etdiyini
açıqlayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan
AzadlıqRadiosuna bildirib ki, Kamil Zeynallı Ermənistanda qətldə
ittiham olunaraq axtarışdadır.
Azadlıq Radiosunun erməni xidməti mənbələrə istinadən xəbər verir
ki, Zeynallı 2020-ci ildə Dağlıq Qarabağda, o vaxtkı
separatçı
bölgəni əhatə edən müharibədə iki nəfərin ölümündə şübhəli
bilinir.
Azərbaycan Dağlıq Qarabağa nəzarəti 2023-cü ilin sentyabrında -
bölgənin etnik ermənilərin nəzarətinə keçməsindən 30 il sonra bərpa
edib.