Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin məlumatına görə,
2024-cü ilin vahid milli, ümumi magistratura imtahanları,
eləcə də tələbələrin qrant müsabiqəsi üçün qeydiyyat 4 mart
tarixində, saat 10:00-da başlayacaq və 4 aprel saat 18:00-da başa
çatacaq.
Qeydiyyat prosesi bu il də bir neçə mərhələdən ibarətdir.
"Əsas mərhələdə abituriyent 4 aprel tarixi, saat
18:00-dək şəxsi məlumatlarını doldurmalı, imtahan şəhərini, imtahan
verəcəyi fənləri seçməlidir. Bu müddət bitdikdən sonra abituriyent
qeydiyyatdan keçə bilməyəcək. Abituriyentlər 15 aprel tarixi, saat
18:00-dək fənni dəyişdirə və ya əlavə edə, həmçinin imtahan dilini
dəyişə bilərlər. Təhsil proqramları siyahısında isə apelyasiya
nəticələrinin dərc edilməsinin növbəti gününə qədər dəyişiklik edə
bilərlər”, – Qiymətləndirmə və Milli İmtahan
Mərkəzinin veb-səhifəsində qeyd olunub.
İmtahan mərkəzləri yenə Tbilisi, Rustavi, Telavi, Qori, Zuqdidi,
Kutaisi, Poti, Ozurgeti, Batumi, Axaltsixe, Xulo və Ambrolauridə
açılacaq.