2024-cü ilin fevral ayında tikinti xərcləri indeksi bir əvvəlki aya
görə 2,6 faiz artıb - məlumatları
Milli Statistika Xidməti dərc edib. Qurumdan verilən məlumata görə,
dəyişiklik əsasən tikinti sənayesində muzdla çalışan işçilərin orta
aylıq nominal əmək haqqının 16,7 faiz artması ilə əlaqədar olub ki,
bu da ümumi indeks dəyişikliyində 2,84 faiz bəndi təşkil edib.
"Ötən ilin müvafiq ayı ilə müqayisədə tikinti xərcləri
indeksi 9,9 faiz artıb. İndeksin artımına əsasən tikinti sektoru
səbəb olub.
Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 46,8 faiz,
tikinti materiallarının qiymətlərinin 2,5 faiz artması indeksin
ümumi dəyişməsində müvafiq olaraq 8,4 və 1,44 faiz bəndi artmışdır.
Bundan başqa, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti
xərclərinin indeksi 15,1 faiz artıb”, - Milli
Statistika Xidmətinin hesabatında yazılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415