29 aprel tarixində Marneuli sakinlərini “Gürcü Arzusu”-nun təşkil
etdiyi aksiyaya 1 və 2 nömrəli marşrutkaların sürücülərini də
aparacaqlar.
“Ekspress Turist” MMC-nin rəhbəri Yuri Samxaradze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, tədbir iştirakçıları üçün
lazım olduğu sayda marşrutka ayıracaq. “Ekspress Turist” MMC 1 və 2
nömrəli marşrutların sahibi olan şirkətdir.
“Mən saat 6-dan onsuz işimi bitirirəm. Bütün sürücülər
mənim yanıma gəlmişdi və hamısı bildirdi ki, bu “LGBT”-yə
qarşıdırlar və etirazlarını bildirmək istəyirlər, uşaqlar hamısı
Tbilisiyə gedirlər”, – Yuri Samxaradze bildirir və
qeyd edir ki, Marneulidə ictimai nəqliyyatın fəaliyyətində problem
yaranmayacaq.
“Ekspress Turist” MMC-nin rəhbəri neçə marşrut ayıracağını dəqiq
bilmir –
“Nə qədər adam gedəcəksə o qədər maşın
verəcəyəm. Sürücülər özləri baxarlar, nə bilim. Adam olsa
yığarlar”.
Samxaradzenin sözlərinə görə, sakinlər özləri aksiyaya getmək
istəklərini bildirirlər və onlara qarşı çıxa bilməz.
“Adamlar getmək istəyirlər və mən sürücüyə yox deyə
bilmərəm. Çünki mən də onları dəstəkləyirəm. Bu “LGBT”-yə qarşı mən
də getmək istəyirəm və öz xalqım, öz ailəmlə birlikdə
gedəcəyəm”.
Yuri Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı askiyaya
getmək səbəbi olaraq cinsi azlıqlara qarşı çıxmağı bir neçə dəfə
qeyd etdi. O, bizim “Gürcü Arzusu”-nun aksiyası yalnız cinsi
azlıqlara qarşıdırmı sualımıza, aksiyanı “şəffaflıq üçün” də
keçirirlər deyə bildirdi.
“Ekspress Turist” MMC illərdir Marneuli bələdiyyəsində işləyir.
Nəqliyyat şirkəti Marneuli şəhərinə və kəndlərə xidmət göstərir.
2012-ci ildən bu günə qədər şirkət meriya tərəfindən elan edilmiş
19 tenderdə qalib gəlib və ümumilikdə nəqliyyat xidmətləri üçün 637
896 lari əldə edib. Şirkət buradan 160 802 lari dəyərində 3
tenderdə 2023-cü ildə qalib gəlib.
Özəl nəqliyyat şirkəti “Ekspress Turist” MMC-nin sürücüləri ilə
yanaşı bələdiyyə nəqliyyat şirkəti “Marneuli Avtoprakı”-nın
sürücüləri də “Marneuli” radiosun bildirdilər ki, aksiyada
bələdiyyə avtobuslarından da istifadə edəcəklər. Marneuli
Avroparkının rəhbəri Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti
zamanı bu məlumatı təsdiq etmir.
“Yanlış məlumat alıbsınız, belə bir şey yoxdur və
olmayacaq”, – Qiqa Calağoni bildirir.
“Gürcü Arzusu” 29 aprel tarixində “Rus qanunu” dəstəkləyən
aksiyanın keçiriləcəyini elan edib. Marneuli uşaq bağçaları
əməkdaşlarını aksiyaya getməyə məcbur edilər. “Marneuli” radiosuna
bununla bağlı bir çox müəllimlər məlumat verib.
Foto: 2021-ci il, “Gürcü Arzusu” tərəfindən təşkil edilmiş aksiyada
1 və 2 nömrəlu marşrutlar Marneuli sakinlərini Tbilisiyə
aparırlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.