Aksiyalarda iştirak etdiyinə görə, dövlət məmurunu vəzifədən azad ediblər
Vətəndaş Pavle Niavadze feysbuk səhifəsində yazır ki, o, sorğu və təzyiq nəticəsində dövlət işindən çıxmalı olub. Pavle “agentlər” qanununun geri çəkilməsi tələbi ilə etiraz aksiyalarına qoşulub. Xidmət rəhbəri Pavleni “İmedi”-nin buraxılış kadrlarında görüb və ona siyasət ilə işi arasında seçim qoyub.

İşdən çıxdım (dövlət işi idi). Çıxdım dedikdə nə nəzərdə tutulur? Mənim departamentimin rəhbəri (Q.A)
məni çağırdı və dedi: Dünən səni “İmedidə” gördüm, aksiyada idin və bir az normal hərəkət et, mənə zəng vurublar ki, sənə xəbərdarlıq edim. Mən cavab verdim ki, mənim hərəkətimdə normal olmayan nə görürsünüz. Akiyaya getmişdim və “rus qanunnu” geri çəkməyənə qədər də gedəcəyəm. Yenə boş-boş nələrsə danışdı və mən də heç nəyə güzəştə getmədim, sonda mənə dedi: “Seçim et, siyasət, yaxud işin”. Məni tanıyanlar bilir ki, layiqli cavab verəcəkdim. Bugünkü reallıq budur. Bu hökumət belə hədələmək, satın almaq, işdən çıxaracağam hədəsi və bu kimi üsullarla hakimiyyətini saxlamağa çalışır (Putinin Rusiyada etdiyi kimi). Məhz bununla mübarizə aparırıq. Belə reallıq bizə lazım deyil. Biz Avropalıyıq və ona görə də Avropanı istəyirik. Bu bizim konstitusiya hüquqmuzdur
” – Pavle sosial şəbəkədə yazıb.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
თეგები: Gürcüstan rusqanunayox Tbilisi
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123