Alim və həkimlər rus qanununun qəbuluna qarşı bəyanatla çıxış edirlər

Gürcüstanda və xaricdə yaşayan gürcü alimləri və həkimləri "Rus qanununa" qarşı çıxırlar.

Hazırda 101 imzanın toplandığı birgə bəyanatda onlar Kremldən ilham alan rus qanununun demokratiyanın fundamental əsaslarını sarsıtdığını, ölkənin gələcəyini və ən mühüm dəyəri olan azadlığı təhdid etdiyini bildirirlər.

Həkimlər onu da vurğulayırlar ki, rus qanununun qəbulu onların xəstələri beynəlxalq standartlara uyğun müalicə etməsinə mane olacaq.
Həkimlərin
açıqlamasında deyilir:

"Biz alimlər və həkimlər beynəlxalq əməkdaşlığın və dəstəyin tərəqqi, innovasiya və rifah üçün nə qədər vacib olduğunu çox yaxşı başa düşürük. Bu qanun kökündən reqressivdir və demək olar ki, bütün sahələrin, o cümlədən tibb və elmin inkişafını dayandıracaq.
Rus qanunu bizim xarici həmkarlarımızla əməkdaşlıq etmək, mühüm layihələr üçün maliyyə və resurslar axtarmaq imkanlarımızı məhdudlaşdıracaq. Tələbələrimizin elm və texnologiyanın ən son nailiyyətlərinə vaxtında cəlb edilməsi bizim xəstələrimizə beynəlxalq standartlarda müalicəni təmin etməyə mane olacaq.
Biz Gürcüstan parlamentini xalqın səsinə, strateji tərəfdaşların məsləhətinə qulaq asmağa və ölkənin maraqlarına dönməz şəkildə zərər vuran qanun qəbul etməməyə çağırırıq”.

Bəyənat 101 nəfər alim və həkim tərəfindən imzalanıb.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print ელ. ფოსტა
თეგები: Gürcüstan Həkimlər Rus qanunu
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123