Mart ayında 12 000-ə qədər insan 100 laridən az, 349 nəfər isə 100 000 laridən çox əmək haqqı alıb

Mart ayında 12 000-ə qədər insan 100 laridən az, 349 nəfər isə 100 000 laridən çox əmək haqqı alıb.


Gəlirlər Xidmətinin məlumatına görə, 2024-cü ilin mart ayında 11 841 işçiyə 100 laridən az pul ödənilib, onların ümumi hesablanmış əmək haqqı 660 837 lari təşkil edib. Mart ayı məlumatlarına görə, Gürcüstanda ümumilikdə 152 209 işçinin
maaşı 600 laridən az olub.

Ən çox işçilərin - 339 662 nəfərin əmək haqqı 1200-2400 lari diapazonunda olub, onların hesablanmış əmək haqqı 575 013 249 lari təşkil edib. 123 924 nəfərin əmək haqqı 2400-3600 lari arasında olub və onlar ümumilikdə 356 518 687 lari alıblar.

100 000 lari və daha çox maaş alan ən yüksək maaş alan şəxslərə gəlincə, belə işçilərin sayı 349 nəfər olub. Bir ay ərzində onların ümumi hesablanmış əmək haqqı 258,79 milyon lari keçib.
Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123