Gecə-gündüz təkrar edirlər: “Ukraynalılar faşistdir, milliyyətçidir, hamısını öldürməliyik”, – Luqansk vilayətindən olan ukraynalı qadın
Alesiya üçün (ad şərtidir) Rusiyanın Ukraynaya hücum etmə tarixi 2014-cü ildən, Rusiyanın Luqansk vilayətinə hücumundan və əraziləri işğal etməsindən başlayır. 2022-ci ildən Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı və Alesiya məhz o zaman vətənini tərk etməyə, Gürcüstana gəlməyə qərar verdi.

Alesiya işğal altında həyatı, rusların ukraynalılara qarşı yanaşmasını, rus hökumət kanallarını və onlarda ukraynalılara qarşı yaranmış nifrəti
xatırlayır.

“İşğal edilmiş ölkədə yaşayırsan, öz ölkəni dəstəkləyirsən, ətrafda isə hamı bağırır: “сейчас мы победим. за победу, за войну...” və s. Bilmirəm, gəldiyim yerə qayıdacağam, yoxsa yox. Ola bilsin, heç qayıtmayacağıq”, – Alesiya bildirir.

Ukraynada 2014 və 2022-ci il müharibəsi, Gürcüstana gəliş

“2014-cü ildə, hər şey başlayanda sona qədər nə baş verdiyini anlamırdım. O zaman biz də başa düşmürdük, ancaq 2022-ci ildə hər şey aydın oldu. Ona qədər başa düşməyən hər kəs bizim kimi nə baş verdiyini anladı. O zaman artıq bizdə döyüş əməliyyatları davam etmirdi. Bizdə döyüş əməliyyatları 2014-cü ildə başladı. O zaman bütün ərazini işğal etdilər. Ukrayna telekanallarının hamısını dayandırdılar. Bizi Ukraynadan tamamilə ayırdılar. Həmin məqamda, 2022-ci ildə dedik ki, artıq hər şey bitdi. Bu dönməzlik nöqtəsi idi. Bu işğal altında qalmaq, orada yaşamaq istəmirdik, ona görə Gürcüstana gəlməyə qərar verdik. Burada əvvəl də olmuşduq. Bu təmiz hava udmağa bənzəyirdi. Əvvəllər yaşadığımız yerdə qorxu, təzyiq altında idik. Buraya isə azad ölkəyə gəldik. Yəqin yaxşı başa düşürsünüz, işğal edilmiş ölkədə yaşayırsan, öz ölkəni dəstəkləyirsən, ətrafda isə hamı bağırır: “сейчас мы победим. за победу, за войну...” və s. Başa düşmürsən, bu insanlara nə olub və nə zaman belə olublar”.


Rus təxribatı

“Bilmirəm, sona qədər inanırlar, yoxsa yox. Ola bilsin, bu qorxudan, yaxud şəxsi mənfəətdən yaranır. Bu bizim ölkəyə gələn və insanlara rəğbət qazanmaq, daha yaxşı olmaq hissi yaratmaq üçün belə deyək, müəyyən “konfetlər”, yəni bonuslar hazırlayan dövlətdir. Bu adamlar hesab edirlər ki, onlar üçün belə daha yaxşı olacaq... Bilmirəm. Danışmaqda çətinlik çəkirəm...
İnsanları nəyin idarə etdiyini demək çətindir, təxribat. Yəqin başa düşürsünüz ki, söhbət başqa adamların necə yaşadığı ilə maraqlanmayan adi adamlardan gedir. Onların həyatı nədən ibarətdir: işləyirlər, evə gəlirlər, televizora baxırlar, bəzisinin 3-4 televizoru var. Televizorda isə gecə-gündüz təkrar edirlər: “Ukraynalılar faşistdir, milliyyətçidir, hamısını öldürməliyik”. Səhərdən axşama qədər bu axmaqlığı təkrar edirlər. Tənqidi fikri olmayan adam, əlbəttə, bunu həqiqət sanacaq. Xüsusilə də həyatı boyu heç yerə getməmiş, heç nə görməmiş, heç kimlə ünsiyyəti olmamış adam. Mənim 20 ildir, tanıdığım yaxın dostlarım, savadsız deyə bilmərəm, təhsilli insanlar deyirdilər ki, “bəli, müharibə, azad olmaq lazımdır”. Bu mənim üçün şok idi. Bu insanlar 30 il, bu hadisələr başlayana qədər Ukraynada yaşayıblar. Ukrayna bu insanlara pis heç nə etməyib. Ukraynada pis yaşayırdılar?! Mən başa düşmürəm. Çox yaxınlarımı, dostlarımı itirdim, əlaqəmi kəsdim. Əvəzində Gürcüstanda yeni dostlar qazandım. Dəstək və həmfikirlər əldə etdim.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google