Strasburq Məhkəməsinin qərarına əsasən, Gürcüstan 20 iyun
2019-cu il mitinqin dağıdılması hadisəsini səmərəsiz araşdırıb.
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın 26 vətəndaşının
4 işini birləşdirən “Tsaava və başqaları Gürcüstana qarşı” işi üzrə
qərar çıxarıb. Ərizəçilər aksiya iştirakçıları və ya aksiyaları
işıqlandıran jurnalistlərdir.
Konvensiyanın 3-cü maddəsinə (qeyri-insani və ya ləyaqəti alçaldan
rəftara qadağa) əsaslanaraq ərizəçilər iddia
edirlər ki, onların
xəsarətləri həddən artıq güc tətbiqi nəticəsində baş verib və
məsələ ilə bağlı aparılan araşdırma səmərəsiz olub. Ərizəçilər
həmçinin Konvensiyanın 10-cu (ifadə azadlığı), 11-ci (sərbəst
toplaşmaq azadlığı) və 13-cü (effektiv müdafiə hüququ) maddələrinə
istinad edirlər.
Avropa Məhkəməsi müəyyən edib ki, Konvensiyanın 3-cü maddəsinin
prosessual aspektinin pozulması - səmərəsiz cinayət araşdırması
olub. Məhkəmə 3, 10 və 11-ci maddələrin maddi aspektləri ilə bağlı
qərar verməkdən çəkinib.
Strasburq Məhkəməsinin qərarına əsasən, Gürcüstan üç ay ərzində
ərizəçilərə kompensasiya ödəməlidir, yəni:
• Mako Qomur, Davit Kurdovanidze, Qiorqi Sulaşvili və Lexo
Çankseliani — hər biri 15 000 avro;
• Merab Tsaava, Beslan Kmuzov, Zaza Svanadze, Tamar Baqaşvili,
Qvantsa Nemsadze, Anna Vaxtanqadze, Tornike Koşkadze, Quram
Muradov, Qiorqi Cumburidze, Ekaterine Abaşidze, Qiorqi Diasamidze,
Davit Şexiladze, Dimitri Poçxidze, İrakli Qiorqadze, Nikoloz
Şarvaşidze, Teymuraz Didberaşvili və Vaxtanq Berikaşvili - hər biri
5000 avro;
• İrakli Xvadaqiani və İrakli Çikviladze — 1800-1800 avro.
Dövlət həmçinin xərclər üçün € 6,000 ödəməlidir, üstəlik
ərizəçilərə tətbiq edilə biləcək hər hansı vergiləri də dövlət
ödəyəcək.
2019-cu il iyunun 20-də Gürcüstan hakimiyyəti Rusiya Dumasının
deputatı Sergey Qavrilovun Gürcüstan parlamentindəki çıxışına
etiraz etdiyi etiraz aksiyasını dağıtmaq üçün güc tətbiq edib.
Hadisə şahidlərinin dediyinə görə, insanlara qarşı yönələn
əməliyyat zamanı polis gözyaşardıcı qaz və rezin güllələrdən
istifadə edib. Nəticədə 80-i polis olmaqla, 240-dan çox insan
yaralanıb. 30-dan çox media nümayəndəsi yaralanıb. 2 vətəndaş
gözünü itirib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.