Xalq müdafiəçisi Levan İoseliani hökuməti tənqid edən insanlara
qarşı hücuma münasibət bildirib və yazıb ki, tənqidi vətəndaşlara,
onların ailə üzvlərinə və uşaqlarına qarşı təqib, hədə-qorxu və
fiziki cəzalar cinayətdir və asayiş keşikçilərinin dərhal reaksiya
verməsini tələb edir.
“Gürcüstanın Xalq Müdafiəçisi 2024-cü il mayın 8-də
axşam saatlarında ayrı-ayrı vətəndaşlara qarşı hücumları pisləyir
və mayın 8-də dərc etdiyimiz qiymətləndirmədə qeyd olunan
təhlükələri bir daha vurğulayır.
Xalq müdafiəçisi hər kəsə qəti şəkildə xatırladır ki, fərqli və
tənqidi fikir nə qədər yolverilməz olsa da, insanların təqib
edilməsi, onların ailə üzvlərinin, azyaşlı uşaqlarına hədə-qorxu
gəlsə də, vətəndaşlara qarşı fiziki qisas almağın cinayət əməli
olduğunu və bunun üçün aidiyyəti hüquq-mühafizə orqanlarının dərhal
və operativ reaksiya verməsini tələb edir.
Hər bir belə zorakılığa dövlət tərəfindən sərt və layiqli cavab
verilməsi vacibdir və belə hallar insan hüquqlarına əsaslanan
demokratik və hüquqi dövlət prinsipləri ilə bir araya sığmayan
kütləvi şəkildə təşkil olunmuş təqib və zorakılıq formasında
olmamalıdır.
Xalq müdafiəçisi bir daha hüquq-mühafizə orqanlarını dərhal
reaksiya verməyə və həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətə
məlumat verməyə çağırıb”, - deyə məlumatda
bildirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.