İvanişvilinin sanksiyaya məruz qalması üçün sizə daha nə lazımdır - Leksman Borell və Mişelə müraciət edib
Avropa Parlamentinin deputatı Miriam Leksman “Gürcü Arzusu”nun açıq reyestr yaratması ilə bağlı açıqlamasına növbəti dəfə münasibət bildirib. Onlar hökuməti onlayn tənqid edən və onların fikrincə “nifrət doğuran” şəxsləri də bura daxil etməyi planlaşdırırlar.

O, bu barədə X-də yazıb.

O, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelə və Avropa Şurasının prezidenti Şarl Mişele Bidzina İvanişvilinin sanksiya olunması üçün başqa nə lazımdır sualı ilə müraciət edib.

“Hörmətli Cozef Borello və Avropa Şurasının prezidenti, Gürcüstan demokratiyasını məhv etdiyinə görə
Bidzina İvanişvilini nəhayət sanksiyalara məruz qoymaq, Aİ-nin maliyyələşdirilməsini dondurmaq və üzvlük danışıqlarını dayandırmaq üçün sizə daha nə lazımdır?

İndi gürcü demokratiyasını xilas etmək və xalqın yanında olmaq vaxtıdır”,
- Miriam Leksman yazıb.

Miriam Leksman Gürcüstanda müxalifət üzvlərinə və fəallara qarşı hücumlara X-də başqa bir paylaşımla münasibət bildirib və “Gürcü arzusu”nun sərhədi keçdiyini qeyd edib.

O, yenidən Cozef Borrell və Çarlz Mişelə müraciət edib ki, “sözlərin vaxtı bitib” və Avropa İttifaqının gürcü xalqının yanında olmasının vaxtı çatıb.

“Buna son qoyulmalıdır! Təhdidlər, hücumlar, döyülmələr, təqiblər. “Gürcü arzusu” bütün sərhədləri aşdı və Gürcüstan avtoritarizmə doğru gedir”, – Miriam Leksman yazıb.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google