Marneulili Qiorqi Mumladzeyə hücum ediblər. Hadisə onun yaşadığı
evə yaxın, Tsereteli kəndində baş verib.
Müxalifətçi "Tv Pirveliyə" verdiyi müsahibəsində bildirib ki, ona
maskalı şəxslər hücum ediblər.
“
Yaşadığım evin yaxınlığında, təxminən 40 metr məsafədə
Toyota Camry məni izləyirdi. Video çəkməyə başladım, maşını geri
çəkdi və 4 nəfər maskalı adam düşdü və mənimlə mübahisəyə
başladılar. Paltarlarımı cırdılar, telefonuma hücum etdilər və
əlimdən aldılar. Buradan birbaşa demək istəyirəm, Bidzina
İvanişvilinin anasını. 2 yaşlı övladım hər yerə mənimlə gedir,
yaxşı ki, onunla birlikdə deyildim. Yəqin onu da döyərdilər.
Birbaşa İvanişviliyə və adamlarına müraciət edirəm, buna siz
cavabdehsiniz. Öz kəndlim olan dəstəkçilərinə müraciət edirəm, buna
kimlər qoşulmuşdu, hamınız cavab verəcəksiniz. Nə Bidzina
İvanişvili, nə də onun adamları məni qorxuda bilməzlər” –
Qiorqi Mumladze “TV Pirveli”-yə bildirib.
Bu müxalifətçilərə hücum olunan ilk hal deyil, belə faktlar başqa
bir neçə nəfərə qarşı da həyata keçirilib.