Dünən, mayın 8-də baş verən hücumlarla bağlı Daxili İşlər Nazirliyi
yalnız zorakılıq adı altında araşdırmalara başlayıb.
O cümlədən, dünən, mayın 8-də bayker Laşa Qvinianidze, anti-rus
qanunu aksiyalarının iştirakçısı, “rus qanununa” qarşı aksiyaların
fəal iştirakçısı olan keçmiş diplomat Qia Caparidze, “Milli
Hərəkat”ın üzvü Dima Çikovani döyülüb. Naməlum şəxslər onların
hamısına evlərinin yaxınlığında hücum edib.
Bayker Laşa
Qvinianidze telefon təhdidindən sonra hücuma məruz
qaldığını iddia edir. Dima Çikovani də siyasi fəaliyyətini ona
hücumla əlaqələndirir.
Daxili İşlər Nazirliyindən “Netgazet”ə verilən məlumata görə,
dünənki hücumlarla bağlı Cinayət Məcəlləsinin zorakılıqdan bəhs
edən 126-cı maddəsi ilə istintaq başlayıb.
Bir neçə gündür ki, Rusiya əleyhinə davamlı etiraz aksiyalarında
iştirak edən siyasətçilərə, jurnalistlərə və sıravi fəallara xarici
və ya gürcü nömrələrdən zənglər gəlir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.