Rustavi Şəhər Məhkəməsində Marneulinin sabiq meri Temur
Abazovun, Gürcüstan Parlamentinin üzvü Azər Süleymanovun və digər
müttəhimlərin işinin müzakirəsi davam edir.
Məhkəmə iclasına hakim Ketevan Luaşvili rəhbərlik edir.
6 sentyabr tarixində Marneulinin sabiq meri Temur Abazovun ittihamı
ağırlaşdırılmışdı. Ona qarşı irəli sürülmüş ittihamlara şəxsi
həyatın əks olunduğu materialın əldə olunması, təşkil olunması,
internet və sosial media vasitəsilə yayılması da əlavə
olunmuşdu.
Marneuli sakini Elçin Allahverdiyevə qarşı həyata keçirilmiş
alçaldıcı və qeyri-insani rəftar faktı ilə bağlı saxlanılmış
Marneulinin sabiq meri barəsində məhkəmə 14 iyun tarixində həbs
qərarı vermişdi.
Temur Abazova qarşı cinayət işi Gürcüstan CM-nin 114.3-cü
maddəsinin 2-ci hissəsinin “a” bəndi və 25, 157.1-ci
maddəsininbirinci və ikinci hissələri ilə, A.Allahverdiyev,
A.Süleymanov və E.Quliyevə qarşı isə Gürcüstan CM-nin 126-cı
maddəsinin birinci hissəsinin “b” bəndi ilə qaldırılıb.