Marqvelaşvili: Hamının prezidenti olmaqdan qorxmayacaq namizədə səs verdim

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili 2018-ci il 28 oktyabr prezident seçkilərində artıq səs verib.


"Mən hamının prezidenti olacaq namizədə səs verdim. Gürcüstanın bütün vətəndaşlarının prezidenti olmaqdan qorxmayacaq və əsrlər boyunca möhtəşəm tarixi, eləcə də ötən illərin möhtəşəm qəhrəmanlığı olan xüsusi silahlı qüvvələrin sərkərdəsi olacaq. Bu sərkərdə bu qəhrəman millətin, bizim silahlı qüvvələrin başında durduğuna görə qürur duyacaq" - deyib seçki məntəqəsinə getmiş Giorgi Maravelaşvili jurnalistlərə.

Bu gün, 28 oktyabrda Gürcüstanda sonuncu dəfə Gürcüstan prezidenti birbaşa qayda ilə seçilir. Vətəndaşlar 25 namizəd arasından seçim etməli olacaqlar. Seçki məntəqələri saat 8-dən açılıb və saat 20:00-a kimi açıq olacaq.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024