Marneuli meriyası “Yenə də böyüyəcəklər” abidəsinin bərpası və
ətraf ərazisinin abadlaşdırılması üçün 1 095 654 lari dəyərində
tender elan edib.
Layihə bütövlüklə Marneuli bələdiyyəsi tərəfindən
maliyyələşdiriləcək.
Tenderdən aydın olur ki, abidənin bərpası və istirahət parkı üçün
işlər iki mərhələdə aparılacaqdır.
1975-ci ildə yaradılmış abidə təmizlənəcək və heykəlin sıradan
çıxmış hissələri bədii və memarlıq kompozisiyasının dəyişməyəcəyi
şəkildə bərpa
olunacaq, belə ki, “Yenə də böyüyəcəklər” Mədəni irs
statusuna malikdir.
Marneuli meriyası tərəfindən yayımlanmış bəyanatda yazılıb ki,
abidənin bərpası ilə yanaşı, ətrafındakı ərazidə bir neçə zonaya
bölünmüş parkın salınması da planlaşdırılır.
"Parkın infrastrukturu abidənin bütün dörd
istiqamətində inkişaf etdiriləcək. Əsasən üç zona yaradılacaq:
müvafiq oyun vaqonları, əyləncəli oyun attraksionları və açıq idman
simulyatorları ilə təchiz olunmuş uşaq zonası; Abidənin arxa
tərəfində istirahət zonası; Açıq amfiteatr olan və maarifləndirici
tədbirlərin və bayram şoularının nümayiş olunacağı
maarifləndirici-bayram tədbirləri üçün zona. Ərazidəki zonaların
arasında isə Piyada cığırları olacaq”, - meriyanın
bəyanatında deyilir.
Parkın bütün ərazisində piyada, velosiped və pandus cığırlarının
yaradılması planlaşdırılır.
"Layihəyə görə, abidənin qərb tərəfində oval formalı
kompozisiyaya malik piyada cığırları olacaq. Parkın əsas perimetri
boyunca asfalt örtüyü olan velosiped və pandus cığırları olacaq.
Velosiped və pandus cığırları hər üç zonanı əhatə edəcək və idman
fəaliyyəti ilə maraqlanan şəxslərin abidənin ətrafındakı bütün
hissələrdə dövrə vura biləcəklər" - bəyanatda
yazılıb.
Parkda istirahət üçün Wi-Fi zonası da yaradılacaq. Park ərazisində
“Mən Marneulini sevirəm” və “Yenə də böyüyəcəklər” yazıları
qoyulacaq.
Ərazidə avtomobillər üçün dayanacaq və ayaqyolu da olacaq.
Layihənin birinci mərhələsi üçün 659 314 lari, ikinci mərhələ üçün
isə 472 365 lari nəzərdə tutulub.
Tender üçün təkliflərin qəbulu dekabrın 3-də başlayacaq və 11
dekabr tarixində başa çatacaq.
Tenderin qalibi olan şirkət müqavilələr bağlanıldıqdan sonra 225
təqvim günü ərzində işləri tamamlamalıdır.