1 noyabr tarixində fiziki şəxsin əmlak vergisi illik bəyannaməsinin
təqdim olunma vaxtı başa çatır. Bu tarixdən sonra təqdim olunacaq
bəyannamələr gecikmiş hesab olunacaq.
Bəyannamənin gecikdirilməsi halında isə vergi qanunvericiliyinə
əsasən müvafiq məsuliyyət (sanksiya) nəzərdə tutulur.
Fiziki şəxslərin əmlak bəyannaməsini Gürcüstan ərazisində vergiyə
tabe tutulan əmlakı olan və ötən il ailə gəliri 40 000 laridən
artıq olan
şəxslər təqdim etməlidirlər. Bundan başqa ailə gəlirinin
miqdarından asılı olmayaraq Gürcüstan ərazisində əmlak vergisindən
azad olunmamış kənd təsərrüfatı təyinatlı və ya qeyri-kənd
təsərrüfatı təyinatlı torpağı olan şəxslər də bəyannamə təqdim
etməlidirlər.
Vergiyə tabe tutulan əmlaka hər növ daşınmaz əmlak, yaxta,
helikopter, təyyarə və avtomobil aiddir.
Əgər şəxs ötən il bəyannamə təqdim edibsə, və ya vergi orqanı
tərəfindən vergi qoyulubsa və bəyan ediləcək məlumatlar
dəyişməyibsə, bu halda həmin şəxs bəyannamə təqdim etməyə bilər.
Belə olan təqdirdə vergi orqanı proqram əsasında əvvəlki hesabat
ilindəki məlumatlara görə vergi müəyyənləşdirəcək.
Bəyannamə elektron şəkildə Gəlir Xidmətinin veb səhifəsində təqdim
olunur.