Xəbərlər
Zaur Darğallı Şaban Məmmədovu mükafatla təltif etdi
28 iyun tarixində Marneuli meri Zaur Darğallı və Bələdiyyənin Sədri Amiran Qiorqadze Marneulili gənc müğənni Şaban Məmmədovu Gürcüstanı beynəlxalq müsabiqələrdə təmsil edərək əldə etdiyi nailiyyətlərə görə mükafatla təltif ediblər.

Zaur Darğallı Şaban Məmmədova təşəkkürnamə və pul mükafatı təqdim edib.
Z. Darğallı onu da əlavə edib ki, gənc müğənniyə Marneuli Bələdiyyəsi hər zaman dəstək olacaq.

Qeyd edək ki, Şaban Məmmədov 5 dəfə beynəlxalq festivallarda qran pri mükafatının sahibi olub. O, 11 dəfə müxtəlif musiqi müsabiqələrinin qalibi olub və 50-dən artıq  diplomu var. Şaban 2019-cu il ərzində 3 dəfə birincilik qazanıb.


თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google
დაიცავი დისტანცია