Qızılhacılının 89 saylı məntəqəsində qarşıdurma
Marneulidə, Qızılhacılı kəndində 89 saylı seçki məntəqəsində qarşıdurma baş verib.

Məntəqə Komissiyasının sədri deyir ki, “Milli Hərəkat”-ın fəalları təxribat qururlar. Bu barədə “Netgazeti” yazır.

Nəşrin məlumatına görə, məntəqədən qovulmuş müşahidəçi deyir ki, sədr müavini səsləri saxtalaşdırmağa çalışır.

Onlardan biri Qara Orucov deyir ki, “Gürcü Arzusu”-nun dəstəkçiləri və komissiya sədrinin müavini Anar Məmişov vətəndaşlara “Gürcü Arzusu”-na səs vermələri üçün təzyiq göstərdikləri ehtimalı var.

Məmişov bu ittihamı təkzib edib və bildirib ki, müşahidəçilər ona qarşı zorakılıq edirlər və onun güclə məntəqədən çıxarılmasına cəhd göstəriblər və nəticədə onun geyiminə ziyan vurublar.

Həmin məntəqədən müşahidəçinin qovulmasından sonra qarşıdurma davam edib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.





Print ელ. ფოსტა
თეგები: არჩევნები 2020
FaceBook Twitter Google