Milli-Demokratik İnstitutu və CRRC-Gürcüstan tərəfindən bu gün
yayımlanmış araşdırmaya görə, hakim partiyaya ən çox müsbət
münasibət bəsləyən etnik azlıqlardır.
“Hakim partiya “Gürcü Arzusu” xalqın və ölkənin
maraqlarından irəli gələrək hərəkət edirmi” sualına
azlıqların məntəqəsində sorğuda iştirak edənlərin 46% razılaşıb,
41% razılaşmayıb və 12% bilmir.
“Hakim partiya kimi seçilmiş müxalifət partiyaları
azlıqların məntəqəsində müqayisədə yüksək etibara
sahibdir”- araşdırmada qeyd olunub.
“Parlamentdə və yerli özünüidarədə seçilmiş müxalifət
partiyaları xalq və ölkənin maraqlarından irəli gələrək hərəkət
edirlər” – buna etnik azlıqların
məntəqəsində 42% müsbət cavab verib, 38% mənfi cavablandırıb və 20%
cavab verməyib.
Milli-Demokratik İnstitutu və CRRC-Gürcüstan
tərəfindən bu gün yayımlanmış araşdırmaya əsasən, Avropa İttifaqına
üzvlüyü dəstəkləməkdə bir az zəifləmə olmasına baxmayaraq,
Gürcüstan əhalisi yenidən Avropa və Avro Atlantika kursuna
sadiqdir. 75 faiz ölkənin Avropa İttifaqına üzv olmasını
dəstəkləyir.
Üzv olmağa mane olan ən böyük faktor olaraq isə Gürcüstan hökuməti
tərəfindən siyasi istəyin az olmasını (25 faiz)
qeyd edir. Bu kimi
tendensiya NATO-ya dəstək halında da təkrar olunur: NATO-ya üzv
olmağı 69% dəstəkləyir; Əksəriyyət əsas maneçilik törədən faktor
olaraq Rusiya və işğal ərazilərini qeyd edir. Belə ki, əhalinin
rekord göstəricisi (62 faiz) deyir ki, Gürcüstan demokratik və
qonşular üçün nümunə olacaq (56 faiz) ölkə deyil.
Yeni araşdırma Gürcüstanın Avropa İttifaqına namizədlik statusuna
da toxunub. Qeyd olunan hesabat 14 iyuldan – 15 avqusta qədər ölkə
miqyasında aparılmış, Gürcüstan əhalisi arasında canlı aparılmış
soğrunun nəticələrinə əsaslanır (işğal edilmiş əraziləri çıxmaqla).
Avqustda aparılmış soğru ümumilikdə 2,104 müsahibəni əhatə edir.
Araşdırmada orta səhv etmək ehtimalı +/- 2 faizdir.