Marneuliyə necə gəlmək olar – təlimat
Marneuliyə necə gəlmək olar? – bu sualı çox adam verir. Marneuli Tbilisiyə kifayət qədər yaxındır və buraya gəlmək də asandır.

Marneuli şəhəri Tbilisidən təxminən 40 kilometr məsafədə yerləşir. Tbilisinin tıxaclarını nəzərə almasaq, paytaxtdan Marneulinin mərkəzinə gəlmək üçün maksimum 40 dəqiqə vaxt lazımdır.

Marneuli-Tbilisi ictimai nəqliyyatı haradan keçir.

Marneuli-Tbilisi istiqamətində işləyən ən tanınmış və
ilk ictimai nəqliyyat mikroavtobuslardı. Onlar Tbilisidə Dəmiryol Vağzalının qarşısında dayanır (qızıl birjasının qarşı tərəfində). Marneulidə isə həmin mikroavtobuslar Marneuli stadionunun, 5 saylı ictimai məktəbin yanında dayanır. Gediş haqqı 3 laridir.
Daha bir xətt üzrə hərəkət edən mikroavtobusların dayanacağı isə Tbilisidə “Samqori” metrosu ərazisindədir. Maarneulidə isə həmin mikroavtobuslar 26 May Meydanı (Marneuli Polis İdarəsinin yaxınlığında) ərazisində dayanır.

Marneuli-Tbilisi istiqamətində minivenlər də hərəkət edir. Onlarla da gediş haqqı 3 laridir. Sonuncu dayanacaq Tbilisidə Vağzal Meydanıdır. (Keçmiş Uşaq Dünyasının qarşısı). Marneulidə minivenlər bazar ərazisində, işıqforun yanında dayanırlar.

Mikroavtobuslar, eləcə də minivenlər Tbilisidən, həmçinin, Marneulidən hər 15 dəqiqədə bir çıxırlar.
Nəqliyyatın birinci reysi saat 07:00-da başlayır, sonuncu isə təxminən saat 20:00-a qədər işləyir.
Marneuliyə gəlmək üçün eləcə də avtobusla hərəkət edə bilərsiniz.

Tbilisidən iki yerdən nəqliyyatla getmək üçün şəraitiniz var:

• Ortaçala (keçmiş həbsxana ərazisindən)
• Rustavi döngəsi


Marneuliyə gəlmək üçün Bolnisi və ya Dmanisiyə gedən nəqliyyata da minə bilərsiniz. Çünki onlar istənilən halda Marneuli 26 May meydanından keçməli olurlar.

Tbilisidən Marneuliyə gedən yol qaydasındadır. Siz Teleti, Kumisi və Kodadan keçəcəksiniz.

Sərnişinlər üçün ən baha başa gələn özəl kirayələdikləri maşın ola bilər. Marneulili taksilər Tbilisiyə təxminən, 30-50 lariyə gedirlər.

İllər ərzində Marneuli haqqında çox stereotiplər mövcud idi və bu günə qədər də var. Marneuli bələdiyyəsi ideoloji baxımdan çox uzaqdır. Ancaq həmin stereotiplərdən azad olmaq üçün iş və burada yaşayanlarla tanış olmaq üçün Marneuliyə gəlməyə cəhd göstərməlisiniz.

Print ელ. ფოსტა
FaceBook Twitter Google