Marneulidə 8 noyabrda “Cavaxişviloba 2022” keçiriləcək
8 noyabr tarixində Marneuli bələdiyyəsinin Tserakvi kəndində “Cavaxişviloba 2022” keçiriləcək. Yerli özünüidarənin məlumatına görə, tanınmış gürcü yazıçısı Mixeil Cavaxişvilinin yubileyinə həsr edilmiş tədbir saat 13:00-da başlayacaq.

“Tədbirdə yazıçının müxtəlif əsərlərindən etüdlər təqdim olunacaq. Qonaqların muzeydə saxlanılan eksponatları nəzərdən keçirmək imkanı olacaq. İştirak etmək sərbəstdir, hamını dəvət edirik”, – meriyanın yayımladığı məlumatda deyilir.

Marneuli meriyası “Cavaxişviloba 2022”-nin keçirilməsi üçün büdcədə 25 185 lari nəzərdə tutub və 13 noyabrda tender elan edib. Tenderdə “GOMARTELI & Company” qalib gəlib. Şirkət bələdiyyəyə tədbiri 22 173 lariyə keçirməyi təklif edib.



Print ელ. ფოსტა
FaceBook Twitter Google