Marneuli bələdiyyəsində 6 ambulatoriya təmir üçün 2 quruma verilib.
Qeyd olunan mövzunu Bələdiyyə Məclisinin 14 noyabrda keçirilən
iclasında meriyanın Əmlakın İdarə Edilməsi və Maddi-Texniki Təminat
Xidmətinin rəhbəri Aqil Əmircanov müzakirəyə çıxarıb. O, bildirib
ki, Dövlət Əmlakı Milli Agentliyi Kəpənəkçi, Xixani və Xocorni kənd
ambulatoriyalarının sahəsinin təmənnasız verilməsini tələb
edir.
Gürcüstan Tibb Holdinqi isə Algeti, Tserakvi və Tsereteli kənd
ambulatoriyalarının iki il müddətinə özünüidarəyə verilməsini
uzufrukt formasında tələb edir.
“Milli Dövlət Əmlak İdarəsi məktubla müraciət edib və
Dəmyə Görarxıda ambulatoriyaya məxsus, 56,63 kvadratmetr sahənin,
Kəpənəkçi kəndində ambulatoriya binasının tutduğu 40 kvadratmetr,
Xixani kəndində ambulatoriyanın tutduğu 56,96 kvadratmetr, Xocorni
kəndində isə 40,55 kvadratmetr sahənin təmənnasız olaraq dövlətə
verilməsini tələb edirlər”, – Aqil Əmircanov
bildirib.
Deputatlar qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul
ediblər.
“Marneuli” radiosu Aqil Əmircanovdan Milli Əmlak Agentliyi və
Gürcüstan Tibb Holdinqinə təmir üçün verilmiş ambulatoriyaların
əhaliyə xidməti mədudlaşdırıb-məhdudlaşdırmayacağını soruşdu.
Əmircanovun sözlərinə görə, tibb məntəqələrində heç nə dəyişməyəcək
və əksinə, vəziyyət yaxşılaşacaq.
“Hər şey olduğu kimi qalacaq, daha yaxşı və rahat
mühitdə xidmət alacaqlar – başqa heç nə dəyişməyəcək. Biz onlara
heç nə ödəmirik, təmir etmək imkanımız yox idi. Veririk ki, təmir
etsinlər və vətəndaşlara xidmət göstərsinlər. Bu ambulatoriyalar
demək olar, funksiyasızdır, amma təmir edilməli
idi”.
Hələ ki, ambulatoriyaların təmir ediləcəyi tarixlər məlum deyil.