Marneuli bələdiyyəsinin Saimerlo kəndinə bu gün səhərdən elektrik
enerjisi və su verilmir.
“Marneuli” radiosu xidmət göstərən şirkətlərdən kəndə suyun və
işığın nə zaman veriləcəyini soruşub. “Energo-Pro-Georgia”-nın
qaynar xəttindən bildirdiklərinə görə, kəndə elektrik enerjisinin
verilməsi saat 20:00-da planlaşdırılır. Səbəb olaraq isə
genişmiqyaslı işlərin aparıldığını qeyd edirlər.
“Bu istiqamətdə genişmiqyaslı işlər aparılır, saat 20:00-a qədər
işıq olmayacaq. Bərpa edilir, söndürmə qurğularının quraşdırılması
işləri aparılır”, – şirkətdən bildirdilər.
“Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin” Kvemo Kartli
filialının rəhbəri Nikoloz Vasadze “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, Saimerlo kəndində içməli suyun dayandırılmasına
nasosun sıradan çıxması səbəb olub. O, bildirir ki, içməli su kəndə
saat 18:00-19:00 radələrində veriləcək.