Marneulinin 2023-cü il büdcə layihəsinin ilk ictimai müzakirəsi 21 noyabr tarixində keçiriləcək
Marneulinin 2023-cü il büdcə layihəsinin ilk ictimai müzakirəsi 21 noyabr tarixində keçiriləcək.

Bələdiyyə Məclisindən verilən məlumata görə, görüş meriya binasında, ikinci mərtəbədə saat 12:00-da keçiriləcək. Görüş hamı üçün açıq olacaq və qeydlər də təqdim edə bilərlər.

“Yerli Özünüidarə Məcəlləsi”-nin Gürcüstan Üzvi Qanununun 91-ci maddəsinin birinci və ikinci bəndlərinə uyğun olaraq bələdiyyənin büdcə layihəsinin müzakirəsi, təsdiqlənmə qaydası belədir:

• Bu qanuna və Gürcüstan Büdcə Məcəlləsinə əsasən bələdiyyə meri bələdiyyənin gələn ilə olan büdcə layihəsini, layihə ilə yanaşı verilən materiallarla birlikdə 15 noyabra qədər Bələdiyyə Məclisinə təqdim etməlidir.
• Bələdiyyə Məclisi büdcə layihəsi təqdim olunduqdan sonra 5 gün müddətində onu ictimai müzakirə üçün yayımlayır.
• Bələdiyyə Məclisi büdcə layihəsini ictimai şəkildə və büdcə ili başlayana qədər müzakirə edəcək, siyahı tərkibi çoxluğu ilə bələdiyyənin büdcə layihəsinin təsdiq edilməsi barədə qərar qəbul edir.

• Qeydlər olan halda Bələdiyyə Məclisi 25 noyabra qədər büdcə layihəsini qeydlərlə birlikdə bələdiyyə merinə qaytarır.
• Bələdiyyə meri büdcə layihəsinin eyni və ya düzəldilmiş variantını 10 dekabra qədər Bələdiyyə Məclisinə təqdim etməlidir.
• Bələdiyyə Məclisi tərəfindən müzakirə zamanı büdcə layihəsində yalnız bələdiyyə meri ilə razılıqla dəyişiklik etmək olar.
• Əgər Bələdiyyə Məclisi bələdiyyə merinin təqdim etdiyi büdcə layihəsinin düzəldilmiş variantını və ya mer tərəfindən Bələdiyyə Məclisinin qeydləri nəzərə alınmadığı halda – büdcə layihəsinin ilkin redaksiyasını təsdiq etməzsə, Bələdiyyə Məclisinin bir hissəsinin və ya Bələdiyyə Məclisinin siyahı tərkibinin azı üçdə birinin təşəbbüsü ilə irəli sürülmüş büdcə layihəsini siyahı tərkibinin beşdə üç səs çoxluğu ilə təsdiq etmək səlahiyyətinə malikdir. Layihədə yalnız Bələdiyyə Məclisi tərəfindən bu maddənin 4-cü bəndinə müvafiq olaraq, merə göndərilmiş qeydlər və ya onların bir qismi nəzərə alınmalıdır.

• Bələdiyyənin büdcə layihəsinin planlaşdırılan il başlayana qədər təsdiqlənməməsi halında bələdiyyə meri hər prioritetə hər ay pul vermək səlahiyyətinə malikdir. Son maliyyə ilinin ayırmalarının on ikidə biri olmalıdır. Yeni büdcə ili başlayandan 3 ay ərzində bələdiyyənin büdcə layihəsinin təsdiqlənməməsi halında Gürcüstan hökuməti bu qanunla nəzərdə tutulmuş qaydaya uyğun olaraq Bələdiyyə Məclisi və merin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir.
İllik büdcə yayımlanır və ictimaiyyətə əlçatandır.


Print ელ. ფოსტა
თეგები: Bələdiyyə Məclisi Marneuli
FaceBook Twitter Google
მსგავსი სიახლეები