Maradisidə istixana təsərrüfatı açılıb
Bu gün, 9 dekabr tarixində Maradisi kəndində istixana təsərrüfatı açılıb. Layihə CENN, HEKS-EPER-in maliyyə dəstəyi ilə “İqlimə davamlı kənd təsərrüfat – PRAİSE MARNEULİ” çərçivəsində həyata keçirilir. Layihəni həyata keçirən təşkilat və donorla yanaşı media vasitələrinin də istixananı nəzərdən keçirmək imkanı var idi. CENN-nin icraçı direktoru Nana Canaşoa “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Maradisidə istixananın açılış
tədbiri yazda da keçiriləcək və daha genişmiqyaslı olacaq.

“İki il əvvəl HEKS-EPER-in köməyi ilə Kvemo Kartlidə, Marneulidə layihə həyata keçirməyə başladıq. Məqsəd iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatının inkişafıdır. Bilirsiniz ki, iqlim dəyişir və bütün dünya ictimiyyəti iqlim dəyişikliyinə adaptasiya olmuş iqtisadiyyat yaratmağa çalışır. Kənd təsərrüfatı Kvemo Kartli üçün çox mühümdür. Su resursları artıq o qədər defisitdir və temperatur da o elə dəyişib ki, bu təsirə adaptasiya olmaq çox çətindir. Bizim məqsədlərimizdən biri o idi ki, həssas icma olan regionda kooperativ yaratmaq idi, aksent qadın kooperativinə edilib”
– Nana Canaşia bildirdi.




Maradisi kəndində yaradılmış “Yaşıl Maradisi” qadınlar kənd təsərrüfatı kooperativi on yerli sakini birləşdirir. Kooperativin üzvlərindən biri Naira Bolkvadze bildirdi ki, onların illərdir təsərrüfatla məşğul olmasına baxmayaraq, məhsulları düzgün becərmək imkanları yox idi. Layihə vasitəsi ilə tərəvəz şitillərinin becərilməsi prinsipləri haqda bilgiləri artırıblar.

“Biz, qadınlar qrup olaraq işləməyi çox sevirik və kooperativ bunların hamısında bizə kömək edir. Kənd təsərrüfatına aid olan hər şeyi öyrəndik. Əvvəl təlimlər keçdik, sonra işə başladıq. Biz kənd təsərrüfatı ilə məşğul idik. Ancaq belə müasir standartlarla bunları etmirdik. İndi artıq istixanamız var və burada minlərlə şitil yetişdiririk. Əvvəl belə keyfiyyətli məhsullar becərə bilmirdik, CENN-nin aqronomu bunların hamısında bizə kömək edir” –
Naira Bolkvadze bildirdi.



CENN-nin Kənd Təsərrüfatının İnkişaf ofisseri Sandro Qucabidze bizimlə söhbət zamanı bildirdi ki, iqlim dəyişikliyi şəraitində bitgiləri qorumağımız vacibdir. İstixana təsərrüfatı isə bitgiləri qorumaq üçün, xüsusuilə tərəvəzlərlə bağlı istifadə edə biləcəyimiz metodlardan biridir.

“Belə təsərrüfatlara keçmək çox mühümdür. Çünki biz iqlim dəyişikliyinə belə davamlı növlərlə cavab vermək istəyirik. Bu növlər və material bir qayda olaraq bahalıdır. Ona görə də şitil metodu ilə istehsal etmək faktiki olaraq, torpaqda birbaşa səpin şəraitində olan toxum itgilərini minimuma endirir”.

ბროკოლის დათესვის პროცესი

Maradisidə istixana təsərrüfayının qurulmasında CENN-lə birlikdə “Kartlis” şirkəti də iştirak edirdi. Kartlis Akademiyasının rəhbəri Lela Qvasalianın bildirdiyinə görə, onların şirkəti toxum materialının düzgün seçilməsini və onun verilməsini təşkil edib.


“Bizim şirkət 25 illik təcrübə ilə həmişə belə əməkdaşlıqlar üçün hazırdır. Hələ ki, Marneuli kimi bir region üçün, burada iqlim baxımından layihənin uyğunlaşdırılması dəqiq düşünülüb. Biz həmişə belə çağırışlara cavab verməyə hazırıq” –
Lela Qvasalia bildirib.



Maradisidə nümayiş hissəsinin açılış tədbiri “İqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı – PRAİSE MARNEULİ” çərçivəsində təşkil edilmişdi. Layihənin məqsədi iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatına dəstək göstərmək yolu ilə Marneuli bələdiyyəsində əhaliyə gəlir şəraiti yaratmaq imkanının artırılmasıdır.
Print ელ. ფოსტა
FaceBook Twitter Google