Qaçağan və Qasımlının majoritar deputatı “Gürcü Arzusu” fraksiyasını tərk edib
Marneuli Bələdiyyə Məclisinin Qaçağan və Qasımlı ərazi vahidliyindən seçilmiş majoritar deputatı Məharət Allahverdiyev “Gürcü Arzusu” fraksiyasını tərk edib.

Məhraət Allahverdiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, yenidən Bələdiyyə Məclisində qalır.

“Fraksiyanı tərk etdim, amma Bələdiyyə Məclisində qalıram. Hələ “Gürcü Arzusu” partiyasını tərk edib etməyəcəyimi bilmirəm”, – Məharət Allahverdiyev bildirdi.

Bələdiyyə Məclisinin Qaçağan və Qasımlı ərazi vahidliyindən seçilmiş majoritar deputatı fraksiyanı niyə tərk etməyə qərar verdiyini demir. Onun sözlərinə görə, fraksiyanı öz istəyi ilə tərk edib.

Məhraət Allahverdiyev Marneuli Bələdiyyə Məclisinin “Gürcü Arzusu” fraksiyasını tərk etməsi barədə ərizəni 2022-ci ilin 4 dekabrında yazıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google