Marneuli Bələdiyyə Məclisi sədrinin üç müavini var. Tariyel
Məmmədov, Rövşən İsgəndərov və Riçard Qiqani 2021-ci ilin dekabr
ayında Bələdiyyə Məclisi sədrinin müavinləri vəzifəsinə təyin
olunublar.
Tariyel Məmmədov sədrin birinci müavinidir. 2022-ci ilin 3 fevral
tarixində yayımlanmış əmlak bəyannaməsinə görə, Məmmədovun adına üç
torpaq sahəsi qeydiyyatdan keçirilib. Torpaq sahəsinin biri
Marneuli şəhərində, Vaja-Pşavela küçəsində, bir kommersiya sahəsi
Marneuli
şəhəri Rustaveli küçəsində yerləşir. Bələdiyyə Məclisi
sədrinin müavini Qızılahcılı kəndində 61 545 kv.m torpaq sahəsinə
sahibdir. O, həmin sahəni 2017-ci ildə mübadilə nəticəsində alıb.
O, Vaja-Pşavela küçəsində yerləşən 372 kv.m torpaq sahəsini 2016-cı
ildə 3000 lariyə alıb. Rustaveli küçəsində yerləşən 88,70 kv.m
kommersiya tipli sahəni isə 2017-ci ildə 7500 lariyə əldə edib.
Məmmədov 2021-ci il ərzində Bələdiyyə Məclisindən əməkhaqqı olaraq
18 761 lari 16 tetri alıb.
Bələdiyyə Məclisi sədrinin daha bir müavini Riçard Qiqani nə
daşınan, nə də daşınmaz əmlaka malik deyil. Onun həyat yoldaşı Nana
Qiqani isə Tamarisi kəndində 10 000 kv.m torpaq sahəsinin
sahibidir. O, 2021-ci ildə həmin sahəni hədiyyə olaraq alıb. Nana
Qiqaninin adına Marneuli şəhəri Pirosmani küçəsində yerləşən 783
kv.m yaşayış evi qeydiyyatdan keçirilib. Həmin ev 2018-ci ildə 5000
dollara alınıb. 2022-ci ilin 22 mart tarixində yayımlanmış əmlak
bəyannaməsinə görə, Riçard Qiqani 2021-ci ilin 28 aprelindən
2021-ci ilin 3 dekabrına qədər olan dövrdə, Marneuli Bələdiyyə
Məclisindən əməkhaqqı olaraq 30 408 lari alıb. Riçard Qiqaninin
əmlak bəyannaməsindən aydın olur ki, onun övladı Mamuka Qiqani
müqavilə əsasında Marneuli Bələdiyyə Məclisində mütəxəssis
vəzifəsinə işə götürülüb. 2021-ci ilin 21 aprel tarixindən həmin
ilin 31 dekabr tarixində qədər olan dövrdə əməkhaqqı olaraq 10 120
lari alıb.
Marneuli Bələdiyyə Məclisinin müavinləri arasında, onların
yayımladığı əmlak bəyannaməsinə görə, ən çox əmlaka Rövşən
İsgəndərov sahibdir. Onun adına Sadaxlı kəndində üç torpaq sahəsi
qeydiyyatdadır. Sadaxlı kəndində bir yaşayış evi, Tbilisi şəhərində
isə iki mənzilə sahibdir. Həmçinin, İsgəndərovun adına 7 daşınan
əmlak qeydiyyatdan keçirilib. Rövşən İsgəndərov Sadaxlı kəndində 4
131 kv.m və 4026 kv.m torpaq sahəsinə, 1260 kv.m yaşayış evinin
16,66%-lik hissəsinə sahibdir. 2016-cı ildə o, hədiyyə olaraq,
həmin kənddə 10 000 kv.m torpaq sahəsi alıb. Əmlak bəyannaməsində
hədiyyə edənin kimliyi qeyd olunmayıb. Rövşən İsgəndərov 2016-cı
ildə Tbilisidə, Rahib Qabriel Salos prospektində yerləşən 58,56
kv.m mənzili 37 000 dollara, 2018-ci ildə Daşkənd küçəsində
yerləşən 57,09 kv.m mənzili isə 49 000 dollara alıb.
İsgəndərovun adına qeydiyyatdan keçirilmiş texnikadan üçü kənd
təsərrüfatı üçün motorlu texnika, dördü isə minik maşınıdır.
2009-cu ildə İsgəndərov iki kənd təsərrüfatı texnikasını 10 000 və
12 000 dollara alıb. O, daha bir kənd təsərrüfatı texnikasını
2018-ci ildə 10 000 dollara alıb. O, 2019-cu ildə 30 000 dollara
BMW X6 XDRIVE, 2020-ci ildə 10 000 dollara “Vaz Lada 21214”,
2016-cı ildə 5000 dollara Ford Transitə, 2021-ci ildə isə 7000
dollara „Nissan Juke 2013“ alıb. İsgəndərovun əmlak bəyannaməsinə
əsasən, 2021-ci ilin dekabr ayında o, əməkhaqqı olaraq Bələdiyyə
Məclisindən 2569 lari alıb.