Marneuli bələdiyyəsində son bir həftə ərzində qarlı hava hökm
sürürdü. Marneuli şəhəri və kəndlərində ilk qar 2023-cü ilin 8
yanvarından yağmağa başlayıb.
“Marneuli” radiosu bu dövr ərzində Marneuli miqyasında yollara
texniki duzun səilpməsinə ehtiyac yaranıb-yaranmadığı ilə
maraqlandı.
Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli”
radiosuna bildirdilər ki, texniki duz bələdiyyə miqyasında yalnız
Marneuli şəhərindəki Durmuşxan Mağalaşvili adına körpüyə səpilib.
Meriyanın açıqlamasına görə,
körpüyə texniki duzun səpilməsi
qərarını Avtomobil Yolları Departamenti qəbul edib.
Bu gündən, 13 yanvar tarixindən Marneuli bələdiyyəsində hava
isinəcək. Sinoptiklərin proqnozuna görə, bələdiyyədə gələn həftə
ərzində tutqun hava gözlənilmir, axşam saatlarında isə yenidən
şaxta gözlənilir.