Marneulili qızlar “Paracanov yaradıcılıq müsabiqəsinin” qalibi olublar
12 yanvar tarixində, Gürcüstan Parlamentinin Milli Kitabxanasında Serqo Paracanov adına yaradıcılıq müsabiqəsi iştirakçılarının əl işlərinin sərgisi və qaliblərin mükafatandırma mərasimi keçirilib.

Yetkinlik yaşına çatmamış yeniyetmələr arasında üç qalib elan edilib. Onlar Marneulinin “Gənclərin İnkişaf Evi” təşkilatının üzvləridirlər. Həmin təşkilatın rəhbəri Aram Akopyan bildirdi ki, jüri tərəfindən Maretta Eloyan, İlia adına Dövlət Universitetindən Lamara Danelyan, Gürcü-Erməni Birliyindən isə Ani Pilotyan seçilib.

“Bizim qızlar artıq ikinci ildir ki, bu müsabiqədə iştirak edirlər və kifayət qədər yaxşı nəticələrimiz var. Bu müsabiqə bizim üçün, ölkəmiz üçün olduqca vacibdir. Çünki Paracanov kifayət qədər tanınmış şəxsdir və qızlar bu uğurla bizim bələdiyyəni təmsil ediblər”,
– Aram Akopyan bildirdi.

Yeniyetmələrə pul mükafatı və kitab vauçeri təqdim olunub. Eləcə də Yerevanın Serqo Paracanov adına muzeyi tərəfindən xatirə hədiyyələri verilib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google