Gürcüstan Parlamentinin Marneuli və Qardabani seçki dairəsindən
seçilmiş deputatı Zaur Darğallı 17 yanvar tarixində Marneuli
sakinləri ilə görüş keçirib.
O, görüş zamanı əhalini narahat edən problemlərlə tanış olub.
Zaur Darğallının sözlərinə görə, o, müzakirə olunan problemlərlə
bağlı müəyyən qeydlər aparıb.
"Müxtəlif kəndlərdən gəlmişdilər. Gələnlər bizə
mütəmadi olaraq müraciət edirlər, sonra vətəndaşları qeyd edirik,
dəvət edirik və onlarla görüş keçiririk. Bugünkü görüşdə müxtəlif
məsələlər barədə danışdıq. Həm sosial məsələlər, həm şəxsi
məsələlər, bankla bağlı məsələlər var idi. Kənd təsərrüfatı,
infrastruktur məsələləri. Demək olar ki, vətəndaşları narahat edən
hər mövzunu əhatə edirdi. Əksəriyyət sosial xidmətlə bağlı, suvarma
məsələləri ilə bağlı müəyyən suallar verdilər, kömək istədilər.
Görüşlərin fəal şəkildə keçirilməsini
planlaşdırırıq".
Majoritar deputat yaxın günlərdə əhali ilə fəal şəkildə görüşlər
keçirəcəklərini bildirdi. Onun sözlərinə görə, görüşlər həm
kəndlərdə, problemlərin baş verdiyi yerlərdə, həm də, deputatın
bürosunda baş tutacaq.