Marneuli meri Kənan Ömərov bu gün, 20 yanvar tarixində ötən gecə
Saqarecoda baş vermiş insident zamanı həyatını itirənlərin ailə
üzvlərinə baş sağlığı verib.
Bu barədə mer öz "Facebook" səhifəsində paylaşım edib. O, baş
vermiş faicənin onu kədərləndirdiyini bildirib.
Ömərovun paylaşımını təqdim edirik:
"Saqarecoda baş vermiş faciəli hadisə ilə bağlı dərin kədərimi
bildirirəm!
Həlak olanların ailə üzvlərinə və yaxınlarına, Saqareco
Bələdiyyəsinə və bütün Gürcüstana başsağlığı verir, yaralananların
tezliklə sağalmasını arzulayıram!"
Məlumat üçün qeyd edək ki, ötən gecə Saqareco
şəhərində baş vermiş silahlı insident nəticəsində 6 nəfər həlak
olub.
Qeyd edilir ki, 1974-cü il təvəllüdlü kişi yaşayış binasının
eyvanından atəş açıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, o,
əvvəlcə bir neçə dəfə atəş açıb, nəticədə 5 nəfər ölüb, binanın
həyətində olan daha 5 nəfər yaralanıb.
Bundan əlavə, qeyd edilir ki, silahlı şəxs hadisə yerinə gələn
polis əməkdaşlarına da atəş açıb, nəticədə onlardan biri ölüb.
Məlumata görə, o, sonda özünü öldürüb.
Faktla bağlı təhqiqat aparılır.