Üç Marneulili boksçu Gürcüstan milli çempionatında mükafata layiq yer tutub
Üç Marneulili boksçu Gürcüstan çempionatında uğurla mübarizə aparıb. Marneuli İdman Məktəbinin yayımladığı məlumata görə, Batumidə keçirilən Gürcüstan çempionatında İdman Məktəbinin 9 boksçusu iştirak edib.

“Cari ilin 30 yanvarından 4 fevral tarixinə qədər Batumi şəhərində gənc və böyük yaşlı boksçular arasında Gürcüstan çempionatı keçirilib. Çempionatda Marneuli İdman Məktəbinin boksçuları üç medal qazanıblar.

Marneuli İdman Məktəbi boksçuları qazandığı uğurlara görə təbrik edir”,
– Marneuli İdman Məktəbinin məlumatında qeyd olunub.

Otar Naveriani 75 kiloqram çəki dərəcəsində birinci yeri tutub. Qiorqi Jorjoliani 71 kiloqram çəki dərəcəsində ikinci yerə çıxıb, Uça Jorjoliani isə 63,5 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub.

Batumidə keçirilən Gürcüstan çempionatında medal qazanan hər üç idmançının şəxsi məşqçisi Zurab Muşkutianidir.



Print ელ. ფოსტა
თეგები: Boks İdman məktəbi Marneuli Tbilisi
FaceBook Twitter Google