"Marneuli" radiosu sizə meriyaya məktub yazmaq üçün kömək təklif edir
Əgər küçənizdə, kəndinizdə, şəhər və ya bələdiyyənizdə problem olduğunu, amma dil baryerinə, yaxud müvafiq yolları bilmədiyinizə görə, yerli özünüidarəyə problemlə bağlı müraciət edə bilmirsinizsı, bizə müraciət edə bilərsiniz.

Biz sizə meriya ilə rəsmi ünsiyyət qurmağa kömək edəcəyik.

Problem haqda bizə yazın və biz rəsmi məktub hazırlamaqda sizə kömək edəcəyik. Yerli özünüidarəyə müraciət edəcəyik və onların cavabına baxacağıq. Siz məktubunuza uzun müddət cavab gözləməli olmayacaqsınız. Çünki biz meriyadan qanunla müəyyən edilmiş vaxt çərçivəsində cavab almağa çalışacağıq.

Həmçinin, siz adınızın və soyadınızın meriyaya ünvanlanan məktubda qeyd olunmasını istəmirsinizsə, biz meriyaya “Marneuli” radiosunun adından müraciət edə bilərik və onlar hər halda bizə cavab verməli olacaqlar. Sonra biz cavabı sizə göndərəcəyik.

İstənilən vaxt “Marneuli” radiosunun feysbuk səhifəsinə və ya mail ünvanına yaza bilərsiniz: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it . Eləcə də qeyd olunan telefon nömrəsi ilə bazar ertəsindən cümə gününə, saat 11:00-dan axşam 18:00-a qədər bizimlə əlaqə saxlaya bilərsiniz: 557 99 44 15


Print ელ. ფოსტა
თეგები: Kömək Məktub radio marneuli
FaceBook Twitter Google