Marneulili cüdoçular, üç qız və doqquz oğlan, Xerqiani turnirində medal qazanıblar
25 fevral tarixində Marneuli İdman Məktəbinin təşkilatçılığı ilə Marneulidə Temur Xerqianinin xatirəsinə həsr edilmiş cüdo turniri keçirilib.

Turnirdə Gürcüstan miqyasında 25 cüdo komandasının 200-ə yaxın idmançısı iştirak edirdi.

Turnir həm qızlar, həm də oğlanlar arasında keçirilib.


"İdman Məktəbinin prioritetlərindən biri qızların idman sahəsində inkişafıdır. Onların fəal iştirakı və gələcək nəsildə sağlam həyat tərzinin populyarlaşdırılması mühümdür"
, – Marneuli İdman Məktəbinin məlumatında qeyd olunub.

Marneuli İdman Məktəbinin məlumatına görə, qızlar arasında keçirilən yarışda 2009-2010-cu il təvəllüdlü qızlar iştirak edib. Marneulili idmançılar uğurla mübarizə aparıblar.

52 kq çəki dərəcəsi, birinci yer - Keti Xarazişvili
52 kq çəki dərəcəsi, ikinci yer - Liza Davadze
+57 kq çəki dərəcəsi, üçüncü yer - Cana Sarksyan


Turnirdə 2011-2012-ci il təvəllüdlü oğlanlar da mübarizə aparıblar. Marneuli İdman Məktəbinin 9 oğlan yetirməsi turnirdə müxtəlif kateqoriyada medal qazanıblar.

27 kq çəki dərəcəsində birinci yer - Andria Panqani
42 kq çəki dərəcəsində birinci yer - Vano Burnadze
50 kq çəki dərəcəsində ikinci yer - Şota Okropiridze
20 kq çəki dərəcəsində üçüncü yer - Zauriko Şubitidze
24 kq çəki dərəcəsində üçüncü yer - Sandro Şubitidze
24 kq çəki dərəcəsində üçüncü yer - Xviça Tedoradze
46 kq çəki dərəcəsində üçüncü yer - Qabriel Panqani
+50 kq çəki dərəcəsində üçüncü yer - Luka Naveriani

Temur Xerqianinin xatirəsinə həsr edilmiş turnir Tamarisi İdman Mərkəzində keçirilib. Çempionlar və mükafatçılar müvafiq dərəcəli kubok və diplomlarla mükafatlandırılıblar.


Print ელ. ფოსტა
FaceBook Twitter Google