Bu gün, 4 aprel tarixində Marneuli Bələdiyyə Məclisinin iclası
keçirilib. İclasda 8 məsələ müzakirəyə çıxarılıb.
Bələdiyyə Məclisinin üzvləri bütün məsələləri dəstəkləyib.
“Bu gün müzakirə olunan işlərin siyahısında Marneuli
bələdiyyəsinin bu ilki büdcəsində ediləcək dəyişikliklər layihəsi
də var idi. Həmçinin, Gürcüstanın Regional Fondundan
maliyyələşdiriləcək layihələrin bəyənilməsi, kəndə dəstək proqramı
çərçivəsində həyata keçiriləcək iki layihənin bəyənilməsi də yer
alırdı. Eləcə də tikintilər planının bəyənilməsi və meriyada ştat
dəyişiklikləri məsələsi də var idi. İnzibati xidmətin rəhbərinin
açıqlamasına görə, mədəniyyət xidmətinə bir ştat əlavə olunur. Bu
Marneuli Bələdiyyə Məclisinin müzakirə etdiyi və səs çoxluğu ilə
müsbət qərar qəbul etdiyi məsələlərdir”, – Marneuli
Bələdiyyə Məclisinin İnzibati Xidmətinin rəhbəri Nino Beridze
bildirdi.
Bələdiyyə Məclisinin bu gün baş tutan iclasında deputatlar
Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan
Marneuli bələdiyyəsində maliyyələşdiriləcək layihələri
bəyəniblər.
“Bunlar Marneuli bələdiyyəsinin Dioqnisi kəndində daxili yollara
asfalt qatının çəkilməsi, Marneuli bələdiyyəsinin Xocorni kəndində
daxili yolların bərpası, Ağkörpü kəndində daxili yolların bərpası,
Kürtlər, Lejbəddin kəndlərində daxili yollara asfalt qatının
çəkilməsidir. Xahiş edirik, dəstəkləyəsiniz ki, sonradan bu
layihələri həyata keçirək”, – məsələni təqdim edən
Adil Əliyev bildirib.
Bələdiyyə Məclisinin üzvü Adil Əliyev digər məsələ ilə bağlı da
danışıb. Bu kəndə dəstək proqramı çərçivəsində iki kənddə seçilmiş
layihələrin dəyişdirilməsi ilə bağlı idi.
“Məktubla 2023-cü il kəndə dəstək proqramı çərçivəsində
iki layihənin dəyişdirilməsini və bəyənilməsini tələb edirlər. Bu
Böyük Bəylər kəndində suvarma kanalının üzərində keçid körpüsü
əvəzinə yola çınqıl tökülməsi, Verxviani kəndində su sistemi
əvəzinə yola çınqıl tökülməsidir. Xahiş edirik, dəstək
göstərəsiniz, bəyənəsiniz. Əhali özü bunu istədi, onların ötən il
başqa istəyi var idi və indi dəyişdirməyi tələb edirlər. Daxili
yollara çınqıl tökülməsi, eləcə də suvarma sisteminin tikintisi
əvəzinə yola çınqıl tökülməsini tələb edirlər”, –
Adil Əliyev bildirdi.
Bələdiyyə Məclisinin 4 aprel tarixində baş tutan iclasında
deputatlar Marneuli meriyasının Təhsil, Mədəniyyət, İdman və
Gənclərlə İş Şöbəsinin ştat siyahısının artırılmasını, həmin şöbəyə
müqavilə ilə götürülmüş əməkdaşın sayının artırılmasını
dəstəkləyiblər.