Yaponiya səfirliyi hansı proqram çərçivəsində Marneuliyə zibil daşıyan maşın verib
Yaponiyanın Gürcüstandakı səfirliyindən Marneuli bələdiyyəsinin yerli özünüidarəsinə zibil daşıyan maşını verilib. 6 aprel tarixində, Yaponiyanın Gürcüstandakı Fövqəladə və Tamhüquqlu səfiri İmamura Akira Marneuli bələdiyyəsində olub.

Səfərin məqsədi Yaponiya səfirliyinin insan təhlükəsizliyi qrant proqramı çərçivəsində əldə edilmiş maliyyələşdirmə ilə alınmış zibil toplayan texnikanın meriyaya verilməsi idi.

Yaponiya səfirliyinin insan təhlükəsizliyi qrant proqramının məsləhətçisi Meko Çaçava “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, səfirlik tərəfindən elan edilmiş proqramda bütün bələdiyyələr və QHT-lər iştirak edə bilər.

“Ötən il Marneuli bələdiyyəsi bizə xahişlə müraciət etdi ki, zibil toplayan maşın alınsın. Bu qrant proqramı səfirlik tərəfindən seçildi və dünən təqdim olunma mərasimi idi. Bu qrant proqramı Gürcüstanın müstəqillik günündən bu günə qədər Gürcüstanda həyata keçirilir və təxminən 200-dən artıq qrant bu il maliyyələşdirilib. Qarntların ümumi dəyəri təxminən 25 000 000 dollara qədər təşkil edib. Bu proqram bir tərəfdən ağır texnika almağı və ya sosial əhəmiyyət daşıyan binanın tikintisini, yaxud bərpasını nəzərdə tutur. Yalnız bu iki komponentdir və Marneulinin timsalında ağır texnika almaq idi”-
Meko Çaçava bildirdi.

Yaponiya səfirliyinin insan təhlükəsizliyi qrant proqramının məsləhətçisinin sözlərinə görə, proqram hər il həyata keçirilir və bələdiyyə, yaxud QHT-lər proqram başa çatdıqdan sonra yenidən müraciət edə bilər.

“Müvafiq olaraq, Marneuli bələdiyyəsi bə QHT-lər də Marneulidə, yaxud Marneulidən kənar proqramda iştirak edə bilərlər. Təəssüf ki, bu kiçik qrant proqramıdır və bütün il ərzində 7-8 qrant seçilib, yüksək rəqabətdən irəli gələrək iştirak vacib olan məsələlələrə üstünlük verilir. Müvafiq olaraq, bu rəqabət şərtlərində layihələrin bölünməsidir. Əvvəlcədən, əlbəttə, Marneulinin gələn il üçün seçiləcəyini demək çətindir. Bir halda ki, ötən il artıq qrant proqramından maliyyə alıb, amma texniki olaraq məhdudlaşdırılmış bələdiyyə deyil və təşkilatlar qrant proqramına müraciət edə bilərlər”
- Meko Çaçava bildirdi.

Yaponiyanın Gürcüstandakı səfirliyinin nümayəndəsinin sözlərinə görə, səfirlik proqramın bütün mərhələlərində monitorinq aparır və onların verdiyi ağır texnika ya sosial əhəmiyyətli binadan nə dərəcədə effektiv istifadə olunduğuna nəzarət edir.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Yaponiyanın Gürcüstandakı Fövqəladı və Tamhüquqlu səfirinin Marneuliyə səfəri barədə “Marneuli” radiosuna məlumat verməyib. Səfər 6 apreldə həyata keçirilib, Marneuli meriyası isə bu gün, 7 apreldə məlumat yayıb.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Yaponiya səfirliyindən qrant olaraq 82 243 ABŞ dolları alıb. Məhz həmin vəsaitlə yeni zibil toplayan maşın alınıb. Maşın bələdiyyənin təmizləmə xidmətinə, “Təmiz Marneuli” MMC-yə veriləcək.


Print ელ. ფოსტა
FaceBook Twitter Google