Marneuli meriyası Yaponiya səfiri ilə nahar yeməyinə 4 710 lari xərcləyib

Marneuli yerli özünüidarəsi 6 aprel tarixində Yaponiyanın səfiri və onu müşayiət edən şəxslərə nahar yeməyinin verilməsi üçün 4710 lari xərcləyib.



Marneuli meriyası fərdi sahibkar Vladimer Kimadze ilə sadələşdirilmiş müqavilə bağlayıb.

“Xatırladaq ki, cari ilin 6 aprel tarixində Marneuli meriyası işgüzar səfərdə olan Yaponiya səfiri və onu müşayiət edən şəxsləri qarşılayacaq. Buradan irəli gələrək, qeyd olunan qonaqlara nahar yeməyi veriləcək. Xahiş edirik, müvafiq xidmətə qonaqların qarşılanması və qanunla nəzərdə tutulmuş qaydaya uyğun olaraq alqı-satqı ilə əlaqədar işləri həyata keçirməsi tapşırığı verilsin”, – izahatnamədə qeyd olunub.

Marneuli meriyası tərəfindən yayımlanmış sadələşdirilmiş müqavilədə süfrənin neçə nəfərə açıldığı qeyd olunmayıb. Hesab-fakturaya əsasən yerli özünüidarə müxtəlif növ yeməklərdən 9-9 porsiya alıb.

6 aprel tarixində Yaponiyanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri İmamura Akira Marneuli bələdiyyəsində rəsmi səfərdə olub.

Səfərin məqsədi Yaponiya səfirliyinin insan təhlükəsizliyi qrant proqramı çərçivəsində əldə edilmiş maliyyə nəticəsində alınmış zibil daşıyan texnikanın meriyaya təqdim olunması idi.

Marneuli yerli özünüidarəsi Yaponiya səfirliyindən qrant qismində 82 234 ABŞ dollar alıb. Məhz həmin vəsaitlə alınmış yeni zibil daşıyan maşın bələdiyyənin təmizlik xidmətinə, “Təmiz Marneuli” MMC-yə veriləcək.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google