Gürcüstan Milli Statistika Xidmətinin yayımladığı göstəricilərə
görə, Marneuli bələdiyyə əhalisinin sayı 107 500 nəfər təşkil edir.
Məlumatlar 2023-cü ilin 1 yanvar tarixində qədər olan dövrü əhatə
edir. 107 500 nəfərdən 23 900 nəfər Marneuli şəhərində, 83 600
nəfər isə kənddə yaşayır. Statistika göstəricilərinə görə,
Marneulidə ən çox adam 1994-cü ildə yaşayıb. O zaman Marneuli
əhalisinin
sayı 128 300 nəfər idi. 28 il ərzində Marneuli
əhalisinin sayı 20 800 nəfər azalıb.
2022-ci il ərzində Marneulidə ümumilikdə 1 513 uşaq dünyaya gəlib.
Onlardan 292 Marneuli şəhərində, 1221 isə kəndlərdə qeydə alınıb.
Marneulidə doğulan uşaqlardan 818 oğlan, 695 isə qızdır.
Ötən il Marneulidə 998 nəfər dünyasını dəyişib. Onlardan 208 nəfər
şəhər qəsəbəsində, 789 nəfər isə kənddə yaşayırmış.
Statistika göstəricilərində Marneulidə qeydiyyata alınmış nikahlar
və boşanmalar da yer alıb. 2022-ci ildə Marneuli miqyasında 807
yeni ailə qurulub, bunlarda 165 şəhərdə, 642 isə kənddə qeydə
alınıb. Marneulidə ötən il 237 boşanma halı qeydə alınıb. Onlardan
53 şəhərdə, 184 isə kənd qəsəbəsində qeydə alınıb.