Marneuli merinin müavini Temur Şubitdzeninin atasının şirkəti
Marneuli meriyasından 2022-ci ildən bu günə qədər 15 985 260 lari
79 tetri alıb.
Temur Şubitidze 2021-ci ilin dekabrından Marneuli merinin müavini
olub. Ondan sonra atası Paata Şubitidzenin şirkəti meriya
tərəfindən elan edilmiş 22 tenderdə qalib gəlib.
Paata Şubitidze “Ktsia” MMC-nin 50%-lik səhmlərinə sahibdir. Məhz
meriyanın elan etdiyi yol salınma tenderlərinin əksəriyyətində
“Ktsia” MMC qalib gəlir. Son 17 ay ərzində şirkət meriyanın 22
tenderində qalib gəlib.
1. Marneuli bələdiyyəsinin balansında olan avtomobil
yollarına
qulluq göstərilməsi işləri ilə bağlı tender – 450 000 lari
2. Marneuli bələdiyyəsinin Maradisi və Şaumyan kəndlərinin daxili
yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 578 800 lari
3. Marneuli bələdiyəsinin Opreti və Xoxmeli kəndlərinin daxili
yollarına asfalt qatı işləri ilə bağlı tender – 495 291 37
tetri
4. Marneuli bələdiyyəsinin Bəylər və Tamarisi kəndlərinin daxili
yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 1 002 157
lari
5. Marneuli bələdiyyəsinin Qaçağan və Kəpənəkçi kəndlərinin daxili
yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 934 984 lari 19
tetri
6. Marneuli bələdiyyəsinin Axlımahmudlu, Yenikənd və Seyidqocalı
kəndlərinin daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender
– 1 026 986 lari 23 tetri
7. Marneuli bələdiyyəsinin Algeti kəndinin daxili yollarına asfalt
qatı çəkilməsi ilə bağlı tender – 895 000 lari
8. Marneuli bələdiyyəsinin Şulaveri kənd bağ evləri yerləşən
yaşayış məntəqəsinin daxili yollarına və Tsopi kəndinə gedən yola
asfalt qatı çkilməsi işləri ilə bağlı tender – 596 596 lari
9. Marneuli bələdiyyəsinin İlməzli kəndinin daxili yollarına asfalt
qatı çəkilməsi ilə bağlı tender – 310 000 lari
10. Marneuli bələdiyyəsinin Qırmızı Kənd və Xixani kəndlərinin
daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 654 000
lari
11. Marneuli şəhərində bazar ərazisində olan körpünün bərpası
işləri ilə bağlı tender – 783 087 lari
12. Marneuli bələdiyyəsinin Böyük Muğanlı kəndində daxili yollara
asfalt qatının çəkilməsi işləri – 440 055 lari
13. Marneuli bələdiyyəsinin Beytarabçı və Xancığazlı kəndlərinin
daxili yollarına asfalt qatı çəkilməsi ilə bağlı tender – 1 040 700
lari
14. Marneuli bələdiyyəsinin Ağkörpü kəndində dəmir-beton qatının
tikilməsi işləri ilə bağlı tender – 374 969 lari
15. Marneuli şəhərində Ağmaşenebeli küçəsinin bərpa işləri ilə
bağlı tender – 2100 101 lari
16. Marneuli bələdiyyəsinin Qasımlı kəndə yolunda beton qatının
tikilməsi işləri ilə bağlı tender – 500 000 lari
17. Marneuli bələdiyyəsinin Baydar kənd daxili yollarına asfalt
qatının salınması və Marneuli bələdiyyəsinin Mollaoğlu kənd yolunda
asfalt qatı çəkilməsi işləri ilə bağlı tender – 661 821 lari
18. Marneuli bələdiyyəsinin Tserakvi və Sioni kəndlərinin daxili
yollarında beton qatının tikilməsi işləri ilə bağlı tender – 421
660 lari
19. Marneuli bələdiyyəsinin balansında olan yerli əhəmiyyət daşıyan
avtomobil yollarına qulluq işləri ilə bağlı tender – 650 000
lari
20. Marneuli bələdiyyəsinin Şulaveri kəndinin yolunun bərpası
işləri ilə bağlı tender – 1 075 000 lari
21. Marneuli bələdiyyəsinin Dəmyə-Görarxı kəndin daxili yollarının
bərpası işləri ilə bağlı tender – 531 053 lari
22. Marneuli bələdiyyəsinin Sadaxlı kəndinin daxili yollarının (I
və II məhəllənin) bərpası işləri ilə bağlı tender – 463 000
lari
Qeyd edək ki, Temur Şubitidze Marneuli merinin müavini olana qədər
meriyanın Əmlakın İdarəolunması və Maddi-Texniki Təminat Xidmətinin
rəhbəri vəzifəsini tuturdu.
Paata Şubitidzenin “Ktsia” şirkəti Marneuli meriyasının
tenderlərində hələ 2011-ci ildən qalib gəlirdi. Onun iştirak etdiyi
ilk tender 2011-ci ilin 13 aprelində qeydə alınıb. Şirkət son
tenderi 2023-cü ilin 5 aprelində qazanıb. Bu dövr ərzində şirkət
meriyanın 80 tenderində qalib gəlib və on milyonlarla lari əldə
edib.
Vladimer Tkeşelaşvili də “Ktsia” MMC-nin 50%-lik səhmlərinin
sahibidir. Onun səhmlərini idarə edən və şirkətin direktoru Ketevan
Tkeşelaşvilidir. Şirkət Marneuli bələdiyyəsinin Araflı kəndində
qeydiyyatdan keçirilib.