İctimai nəqliyyatın olmaması Marneulili qadınlar üçün niyə problemdir
“Safari” tərəfindən aparılmış “Marneuli bələdiyyəsində yaşayan etnik azlıq nümayəndəsi olan qadınların problem və ehtiyaclarının araşdırması”-na görə, Marneuli bələdiyyəsində yaşayan qadınlar üçün ictimai nəqliyyatın qaydasında işləməməsi və əksər hallarda nəqliyyatın olmaması problemdir.

Araşdırmada iştirak edən müsahiblərə görə, onlar üçün ən ciddi problem nəqliyyat problemidir. Araşdırmada qeyd olunub ki, əksər hallarda gənc kişilər müxtəlif yollarla getmək istədikləri yerə egdirlər, amma gənc qadınlar bunu edə bilmirlər. Çünki onlar üçün mədəni və gender rolunu nəzərə almaqla yad adamın maşını ilə getmək və ya traktora minərək kəndə getmək qəbuledilməzdir.

“Nəqliyyatın olmaması kişilərdən çox qadınlara daha pis təsir edir. Müsahiblərdən biri deyir:

“Oğluma dedim ki, nə yaxşıdır Marneuliyə kurslara gedirsən, gələn dəfə bacını da apar. Cavab verdi ki, mən bu gün evdən çıxanda nəqliyyat yox idi, avtobusla getdim sonra traktorla qayıtdım, bacımı harada otuzduracağam” (Xancığazlı kəndindən iki abituriyent anası, evdar xanım)”
– araşdırmada qeyd olunub.

“Safari” müsahiblərə əsasən bildirir ki, xüsusilə mərkəzi yollardan uzaqda yerləşən kəndlər ağır vəziyyətdədir. Çünki əhali bir neçə kilometr getməli olur ki, mərkəzi yola çıxsın, ictimai nəqliyyata minsin.

“Səhər tezdən bazara gedirsən, əgər saat 12-yi keçibsə və kəndin marşrutu artıq gedibsə, kəndin yolunda saxlayan Qırmızı Körpünün avtobusunu gözləməlisən. Bazardan əlində bu qədər ağırlıqla 3 km məsaəfni tək getmək mümkün deyil. Hələ ki, qadınsan və bu qədər yolu piyada necə getməlisən? Kənddən kimsə tanış maşın saxlasa maşına minməkdən çəkinirsən, sonra xalq nə deyər? Bizim gündəlyimiz deyil...” –
Xancığazlı kəndindən araşdırma iştirakçısı, 43 yaşlı evdar xanım, 3 nəvənin nənəsi bildirir.

“Marneuli bələdiyyəsində yaşayan etnik azlıq nümayəndəsi olan qadınların problem və ehtiyaclarının araşdırmasına” görə, yoldan uzaq kənddən maqistrala qədər bəzən bir neçə kilometrdir və bu vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə qadınlar, əsasən də yaşlı qadınlar üçün lap çətindir. Onlar piyada yeriməkdə çətinlik çəkirlər. Gənc qadınlar üçün gender əlaməti ilə zorakılıq baxımından təhlükəli də ola bilər. Əgər kimsə kənddə maqistrala qədər gedə bilsə, xeyli dayanmalı və gözləməli olur, bəzən iki saat da dayanırlar. Araşdırmaya görə, nqəliyyatın olmaması ən ciddi problemdir. Müvafiq olaraq, yerli qadınların ən əsas ehtiyaclarından biri nəqliyyatın qaydasında işləməməsidir.

“Marneuli bələdiyyəsində yaşayan etnik azlıq nümayəndəsi olan qadınların problemləri və ehtiyaclarının araşdırmasının” məqsədi etnik azlıq nümayəndəsi olan qadınların yerli siyasətə qoşulmasına dəstək olmaqdır.




Print ელ. ფოსტა
FaceBook Twitter Google